“Sən haradan biləsən ki, haqq-hesab günü nədir?!”

Dünya imtahan məkanıdır

Dünyada yaxşı insanlar, pis insanlar, dürüst insanlar, yalançı insanlar, Allahdan qorxub çəkinənlər, yer üzündə fitnə-fəsad törədənlər həmişə bir yerdə yaşayarlar. Bəzi insanlar Allahın hökmlərinə qəti şəkildə əməl etdiyi halda, bəziləri heç birinə əməl etməz, bəziləri də bir hissəsinə əməl edib qalanlarını görməzlikdən gələr. Əlbəttə ki, bu insanların qarşılaşacaqları son da bir-birindən tam fərqli olacaq. Allah sonsuz ədalətindən ötrü bütün bu insanlara layiq olduqları qarşılığı verəcək. Bu qəti vəd Quranda belə xəbər verilir:

Yoxsa pis əməllərə qərq olub-yara alanlar, özlərini iman gətirib saleh əməllər görənlərlə eyni tutacağımızımı güman etdilər? Həyatları və ölümləri eyni mi olacaq? Nə pis hökm verirlər. Allah göyləri və yeri haqq olaraq yaratdı ki, hər kəs qazandığının əvəzini alsın. Onlara zülm edilməz. (Casiyə surəsi, 21-22)

Məhz Allahın insanlara layiq olduqları qarşılığı verəcəyi yer axirətdir. Bu açıq-aydın bir həqiqətdir. Allah hər şeyi eşidən, görən, edilən hər yaxşılığı və hər pisliyi biləndir. Elə isə, Allahın sonsuz ədalətinin təcəlli edəcəyi, edilən bütün yaxşı və pis rəftarların qarşılığının alınacağı axirətin varlığını anlamazlıqdan gəlməyin. Həmçinin bunu unutmayın ki, bu həqiqəti görməzlikdən gəlmək, “öldükdən sonra torpaq olacağıq” demək insanın haqq-hesab günündə təkrar yaradılmasına və hesaba çəkilməsinə mane olmayacaq.