Səmimiyyətə dəvət

Səmimiyyətə dəvət

Allah Quranda insanları yaxşılığa və gözəlliyə çağırmağın və səhvlərindən qurtarmağın möminlərin üzərinə məsuliyyət olduğunu bildirmişdir. Allah başqa bir ayədə möminlərin bir-birlərinə qarşı qoruyucu xüsusiyyətə sahib olduğunu xatırladır.

Allahın bu əmrinə görə möminlər bir-birlərində gördükləri nöqsanları Quranda bildirildiyi kimi “ən gözəl sözləri söyləyərək” (İsra surəsi, 53) izah edərlər. Yaxşılığı əmr edən mömin üçün qarşı tərəfin reaksiyası və ya verilən tövsiyədən bir pay almamasında heç bir məsuliyyət yoxdur.

Allah bir ayədə “Sən istədiyini doğru yola yönəldə bilməzsən. Lakin Allah dilədiyini doğru yola yönəldər. Doğru yola yönələnləri ən yaxşı bilən Odur.” (Qəsəs Surəsi, 56) bu həqiqətə diqqət çəkir və insanların həqiqəti yalnız Allahın diləməsi ilə görə bildiklərini xatırladır.