Səmimiyyət hər qapını aça bilən olduqca güclü açardır

Allah səmimi dualara cavab verir

Allah insana istədiyi hər mövzuda Allahdan kömək istəmək və dua etmək imkanı vermişdir. Allah səmimi qullarının dualarına mütləq cavab verəcəyini vəd etmişdir. Bu, Allahın bizə böyük bir lütfü və nemətidir.

Səmimiyyətdə çox böyük sirlər vardır. İnsan hər hansı bir işin həyata keçməsini çox istəyə bilər və Allahdan bunu çox diləyərək dua edə bilər. Ancaq duada tələb olunan səmimiyyət bu deyildir. Buradakı, sadəcə olaraq insanın istədiyi şeyə diqqətini cəmləməsi və ürəkdən onu arzulamasıdır. Duada əsl lazım olan səmimiyyət isə Allaha qarşı bəslənən şiddətli səmimiyyətdir. Allahı çox sevmək, çox inanmaq, Allahın sözlərinə və vədlərinə heç şübhə etmədən inanmaq, Allahın sonsuz ağıl sahibi olduğunu bilmək və Allahın ən gözəlini yaradacağından tam əmin olmaq…

Bir insan Allahın sonsuz gücünü, sonsuz ağlını, sonsuz sevgisini, sonsuz şəfqət və mərhəmətini, sonsuz lütfkarlığını, sonsuz bağışlayıcılığını və istədiyi an istədiyi hər şeyi heç bir səbəb olmadan yaradacağını lazımı qədər təqdir edə bilirsə və bütün bu həqiqətlərə olan inancında qətiyyən şübhəyə yer vermirsə, ancaq o zaman səmimi dua edə bilər.

Cəmiyyətdə Allaha tam inanmayan, ancaq şübhə ilə də, hərdən Allahın adını anan bir çox insan vardır. Bu şəxslər Allaha ibadət etməyərək və Quran əxlaqını yaşamayaraq Allaha həqiqi inanmadıqlarını açıqca göstərərlər. Ancaq, dünya şərtləri daxilində bir hadisədə istədikləri nəticəni əldə edə bilməyəcəklərini gördükdə, ya da sıxıntı, çətinlik, xəstəlik kimi problemlərlə qarşılaşdıqlarında Allahın adını anmağa başlayarlar. Əlbəttə ki, burada səmimiyyət yoxdur. Bu, insanların ancaq düşdükləri çıxılmaz vəziyyətdən qurtulmaq üçün Allaha olan müvəqqəti və səthi yönəlmələridir…

I …Allah Quranda bu cür insanların davranışını müxtəlif ayələrdə bildirmişdir. Normal şərtlərdə Allahı heç düşünməyən, Allahı heç anmayan, Allaha şükür etməyə, ibadət etməyə, Allahdan qorxub çəkinməyə heç ehtiyac duymayan insanlar zahirən çarəsiz olduqlarını hiss etdikləri anlarda “yalnızca Allahın adını anıb, yalnızca Allahdan kömək diləyərlər”.

Allah ayələrdə bu cür insanların dualarını eşidib onlardan sıxıntını götürdüyündə onlar yenidən imansızlıqlarına və şirk içərisindəki həyatına geri dönərlər. Allahın sonsuz gücünü, qullarına olan yaxınlığını, sevgisini, şəfqətini, qorumasını çox açıq gördükləri halda yenə də səmimi olmazlar, yəni həqiqi mənada iman etməzlər.

Bəzi insanlar da Allaha iman edər və Allahın adlarının təcəssümünü gün boyunca həyatında açıq aşkar görərlər. Allahın nə qədər böyük lütf sahibi olduğunu, iman edənləri necə gözəl həyatla yaşatdığını, hər bir insana nə qədər sonsuz nemət və ruzilər verdiyini çox açıq anlayarlar. Ancaq, bəzən dua edərkən bu həqiqətlərdən qəflətə düşərlər: “Allahın dualarını mütləq qəbul edəcəyi inancını” mühafizə edə bilməzlər. Hadisələri Allahın sonsuz gücünə görə deyil, dünya şərtlərinə, hadisələrin inkişafına, texniki həqiqətlərə baxaraq dəyərləndirərlər. Öz ağıllarına uyğun olaraq, həyat və baş verəcək hadisələr haqqında qəti diaqnozlar qoyar və öz dünya görüşlərinə görə müəyyən nəticələr çıxararlar. Məsələn,”2+2 cəmi qəti olaraq 4 edər və bu misalın bundan başqa nəticəsinin olması mümkün deyil” kimi müəyyən texniki məsələlərə inanarlar. Nəticədə, bu texniki həqiqətlərə olan inancları dualarında da əks olunar. Allahdan bir şey istədikləri halda, bir tərəfdən də bunun dünya şərtləri daxilində mümkün olmayacağı ilə əlaqədar qəti inanca sahibdirlər.

Bu inancdakı insanlar Allaha “bəlkə alındı” məntiqi ilə dua edərlər. “Mən bu hadisələrin necə baş verəcəyini onsuz da bilirəm, nəticə konkret olaraq bu olacaq, amma bəlkə hadisələr tərsinə dönər deyə bir dua edim” kimi anlayışla Allaha yönələrlər. Bu düşüncə ilə, əslində, ehtimallarının həyata keçməsi üçün dua etdiklərindən xəbərdar deyillər. Çünki, belə bir insanın əsl inandığı və dəstəklədiyi fikir özünün gəldiyi nəticədir. İstədiyi şeyin həyata keçməsi üçün lazım olan vəziyyət isə tamamilə bunun tərsidir. Allaha qəti şəkildə güvənərək və Allahın istədiyi hər şeyi yarada biləcəyinə çox inanaraq dua etmək…