Səmimi olan bəndənin qəlbi daima Allah ilə birlikdədir. Səhər gözünü açan kimi Allah ağlına gəlir. Gün ərzində verilən bütün nemətlər sadəcə Allahın izni ilədir. Mömin Allahın lütfünə daim möhtac olduğunu bilir və şükür edərək bunu göstərir. Amma Allah möminlərə ən gözəl şükür vəsiləsi olaraq namaz, təsbihat və duanı fərz olan ibadət olaraq Quranda bildirmişdir:
Ey iman edənlər! Səbir edərək və namaz qılaraq (Allahdan) kömək istəyin! Şübhəsiz ki, Allah səbir edənlərlədir. (Bəqərə surəsi, 153)
Onlar yorulub-usanmadan gecə-gündüz Allahı təsbeh edərlər. (Ənbiya surəsi, 20)
Rəbbinizə yalvarıb yaxararaq və gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevməz. (Əraf surəsi, 55)
