Səmimi möminlərə zülm olunmaz

Taha surəsi, 112-ci ayə

Taha surəsi, 112-ci ayə. “Kim də bir mömin olaraq, saleh əməllər etsə, artıq o, nə zülmdən qorxsun, nə haqqının əskik tutulmasından” Yəni “könlü rahat olsun” deyir Allah. “Ona zülm də olmaz, haqqı da əlindən alınmaz” deyir, inşaAllah. Amma “səmimi olacaq” deyir. Səmimi olmaq lazımdır. Allah ayədə də “səmimi olan qullarım xilas olar” deyir. Cənnətin açarı Səmimiyyətdir, inşaAllah. Səmimi olmayan insanın ibadəti faydasız olar.

Taha surəsi 123-cü ayə. “Artıq sizə Məndən bir yol göstərici gələcəkdir” Əbcədi; 1982-ci ildir, inşaAllah. Tam Mehdiyyət dövrünü göstərir. Hz. Mehdiyə (ə.s) xitab vardır bu ayədə. “Kim Mənim hidayətimə uyarsa” kim Mehdimə uyarsa, “artıq o azmaz və bədbəxt olmaz.” Mehdi sözünün mənası hidayət edən deməkdir.

Casiyə surəsi, 32-ci ayə. “Həqiqətən Allahın vədi haqdır,” əbcədi 2031-ci il tarixini verir, inşaAllah. Allah nəyi vəd edir? İslam Birliyini. İslam Birliyinin qurulduğu və Qızıl Əsrin zamanını bildirir, inşaAllah.

“Qiyamət-saatına heç bir şübhə yoxdur” deyildiyi zaman, siz: “Qiyamət-saatı da nə imiş, biz bilmirik; biz yalnız bir zənn (və təxmin) edirik; biz qəti olaraq inanmırıq” demişdiniz” deyir Allah, ayədə. Bədiüzzaman Səid Nursi Risalei-Nur əsərində Əbcəd hesabı ilə Qiyamətin tarixini hesablamışdır, məndə səhifədə paylaşmışdım bu tarixi. Bəziləri lağ edib, inanmadılar. Zatən ruhsuz zombilər daima haqı inkar edəcək formada yaradılmışlar. Buna təəccüblənməmək gərək. Bu Allahın adətullahıdır. Haqqı inkar etməlilər, Batilə meyl etməlilər. Ona görə də ölülər Quranı anlamazlar deyir ayədə.