Səmimi insanların ruh halı

İstər rəsullar, istərsə də onların ətrafındakı möminlər hər işlərində Allaha üz tutduqları və

İstər rəsullar, istərsə də onların ətrafındakı möminlər hər işlərində Allaha üz tutduqları və səmimi şəkildə Ona təslim olduqları üçün həmişə istəkli, həyəcanlı, coşqun görkəmə malik olublar. Bu da çox dərin, hikmətli, acizliyini bilən, axirətə yönəlmiş bir görkəmdir. Bu, hər şeyi idarə edənin Allah olduğunu bilməkdən irəli gəlir. Hz. İbrahimin Quranda bildirilən aşağıdakı sözləri bu mövzuda mühümdür:

Şübhəsiz ki, aləmlərin Rəbbindən başqaları (bütlər) mənim düşmənimdir. O məni yaratdı və doğru yola yönəltdi. O məni yedirir və içirir. Xəstələndiyim zaman O mənə şəfa verir. O məni öldürəcək, sonra da dirildəcəkdir. Onun axirət günü xətalarımı bağışlayacağını ümid edirəm. (Şuəra surəsi, 77-82)

Musa onların heyvanlarını suladı, sonra da kölgəyə çəkilib belə dedi: “Ey Rəbbim! Sənin mənə bəxş etdiyin hər xeyrə möhtacam”. (Qəsas surəsi, 24)

Hz. Yusif də saleh mömin olan ata-anasını qarşılayanda onları bağrına basır, sonra da çıxarıb taxtında oturdur. Möminlərə, xüsusilə də onu ərsəyə çatdırmış ailəsinə bəslədiyi bu dərin hörmət onun Allaha olan yaxınlığının bir nümunəsi və əksidir.

Həmçinin, möminlər də hər əməllərində Rəbbinə üz tutmağa, ixlas sahibi bir bəndə olmağa səy göstərirlər. Bunun üçün “…ayaq üstə olanda da, uzananda da Allahı xatırlar, göyləri və yerin yaradılması haqqında düşünərlər…” (Ali İmran surəsi, 191).

Möminlərin Allaha qarşı göstərdikləri səmimiyyətini daha yaxşı başa düşmək üçün onları “zidd olanlar” ilə müqayisə etmək yerinə düşərdi. Möminlər nə qədər səmimidirsə, münafiqlər də bir o qədər qeyri-səmimidir. Məsələn, münafiqlər mübarizədən qaçmaq üçün “evlərimiz açıq”, “hava çox istidir”, “gücümüz çatsaydı, mütləq səninlə birlikdə savaşa çıxardıq” kimi bəhanələr irəli sürürlər. Ancaq möminlər inkarçılarla elmi mübarizə aparmaq üçün adətən yarışırlar. Bu, Tövbə surəsinin 92-ci ayəsində belə anladılır: “Döyüşə getməyə minikdən ötrü yanına gəldikdə: “Sizin minməyiniz üçün bir heyvan tapmamışam” deyərkən sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə də heç bir günah yoxdur”.

O möminlər səmimiyyətindən və Allaha olan güclü imana görə Quran oxuduqları zaman “…üzü üstə səcdəyə qapanar” (İsra surəsi, 107). Allah onları “elmdə dərinləşənlər” kimi səciyyələndirir. Bir başqa ayədə isə belə bildirilir:

Ağlayaraq üzüstə səcdəyə qapanarlar və (Quran) onların xüşusunu (Allaha bağlılıqlarını) daha da artırar. (İsra surəsi, 109)

Həmçinin, Maidə surəsinin 83-cü ayəsində də “Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqq bildikləri üçün gözlərinin yaşla dolduğunu görürsən. Onlar belə deyirlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi şahid olanlarla bir yerdə yaz!” şəklində bildirilir.