Allahın varlığını bilən, Onu üstün sifətləriylə tanıyan hər insan Allahdan şiddətlə qorxar. Çünki Allah sonsuz şəfqət və mərhəmət sahibidir, ancaq bununla bərabər Qahhar (qəhr edən), Həsib (hesab görən), Muazzib (əzab verən), Muntəkim (intiqam alan), Saik (cəhənnəmə aparan) sifətlərinin də sahibidir.
Buna görə müsəlmanlar Allahdan içləri titrəyərək qorxar, Onun əzabından əmin oluna bilməyəcəyini bilərlər. Etdikləri hər işin hesabını verəcəklərini dərk etdiklərinə görə Allahın razı olmayacağı hər əməldən qəti şəkildə çəkinərlər.
Amma bunu da qeyd etmək lazımdır ki, burada bəhs olunan qorxu, dinsiz cəmiyyətlərdə yaşanan klassik qorxudan tamamilə fərqli, möminə hüzur verən, onu hərəkətə keçirən, Allahı razı etmə mövzusunda şövqləndirən bir qorxudur. Allah möminlərə bunu əmr etmişdir:
Bacardığınız qədər Allahdan qorxun, (sizə verilən öyüdlərə) qulaq asın, Ona itaət edin və öz xeyriniz üçün infaq edin! Nəfsinin xəsisliyindən qorunanlar əsil nicat tapanlardır. (Təğabun surəsi, 16)
