Səmimi bir möminin Allah qorxusu necə olmalıdır?

Allahın varlığını bilən, Onu üstün sifətləriylə tanıyan hər insan Allahdan şiddətlə qorxar. Çünki Allah sonsuz şəfqət və mərhəmət sahibidir, ancaq bununla bərabər Qahhar (qəhr edən), Həsib (hesab görən), Muazzib (əzab verən), Muntəkim (intiqam alan), Saik (cəhənnəmə aparan) sifətlərinin də sahibidir. Buna görə müsəlmanlar Allahdan qəlbləri titrəyərək qorxar, Onun əzabından amanda qalmağın mümkün olmadığını bilərlər. Etdikləri hər bir əmələ görə haqq-hesab verəcəklərini bildikləri üçün Allahın razı olmayacağı hər hansı bir davranışdan qətiyyətlə çəkinərlər. Lakin onu da qeyd etmək lazımdır ki, burada qeyd olunan qorxu dinsiz cəmiyyətlərdə yaşanan klassik qorxudan tamamilə fərqlidir; bu, möminə rahatlıq verən, onu hərəkətə gətirən və Allahı razı edəcək əməllərə şövqləndirən bir qorxudur. Allah möminlərə belə əmr etmişdir:

Bacardığınız qədər Allahdan qorxun, (sizə verilən öyüdlərə) qulaq asın, Ona itaət edin və öz xeyriniz üçün infaq edin! Nəfsinin xəsisliyindən qorunanlar əsil nicat tapanlardır. (Təğabun surəsi, 16)