Səkkiz gözlü tullanan hörümçək

Tullanan hörümçəyin ovlanmaq və cütləşmək üçün ən vacib bacarığı yüksək görmə qabiliyyətinə sahib olmasıdır. Heyvan ətraf mühitini səkkiz gözü ilə görə bilir və ölçüsündən “iyirmi qat” olan detalları ayırd edə bilir. Yan gözlər hərəkətə həssasdır və insanlara bənzər periferik görmə təmin edir. Hörümçək hərəkət edən bir şeyi aşkar etdikdə, ona tərəf dönər və ön orta gözlərini cismin üzərinə kilidləyər. Bu böyük gözlərdəki daxili borular fərdi və ya toplu şəkildə hərəkət edərək qısa müddət ərzində darama edə bilərlər. (“National Geographic” jurnalı, sentyabr 1991, səh. 43-63)