Bəzən insanlar mənfi cəhətlərini düzəltmək üçün səy göstərirlər. Nəticədə də həqiqətən düzəltdiklərini zənn edirlər. Bir təzyiqlə qarşılaşdıqlarında buna dözürlər. 2-ci təzyiq olduğunda da dözürlər. Amma bir az çox təzyiq olduğunda buna qarşı müqavimət göstərə bilmirlər. Nəfslərindəki bu çatışmazlığı hərəkətə gətirən hər hansı bir təzyiqdə dərhal əvvəlki rəftarlarına geri dönürlər. Həmin ana qədər kökündən həll etdiklərini, tamamilə düzəltdiklərini sandıqları o əksikliklərini əslində heç düzəltmədiklərini də ancaq belə bir vəziyyət meydana gəlincə anlayırlar.
Bəzən də insanların cəmiyyətdə istifadə edilən ifadə ilə desək “son damlaları” vardır. Hər şeyə qarşı dözümləri vardır, amma o “son damlaları” olan nöqtədə bütün idarələrini itirirlər. Bəzən bu “son damla” bir söz belə ola bilər. Bəzən bir rəftar, bəzən müəyyən şərtlər, bəzən də müəyyən bir insandan gələn reaksiyalar. Belə bir adam ən ağır sözlərə qarşı gözəl səbir göstərib, gözəl əxlaqla qarşılıq verə bildiyi halda, bir kəlimə ilə səbrini itirir. Ya da hər kəsin etdiyi səhvlər və ya verdiyi reaksiyalar onu narahat etmədiyi halda, müəyyən bir adamın rəftarı onda narahatlıq meydana gətirir. Bu “son damlaları” yaxşı təsbit edə bilməyən, ya da təsbit etdiklərində xüsusilə bu mövzu üzərində nəfslərini yaxşı öyrətməmiş olan kəslər də səhvlərinə asanlıqla geri dönə bilərlər.
Amma əhəmiyyətli olan insanın belə vəziyyətlərlə qarşılaşmadan əvvəl o qüsurundan həqiqətən xilas olub-ola bilmədiyini yaxşı analiz edə bilməsidir. Buna görə də elə bir səhvi heç etməyəcək şəkildə özünü öyrədə bilməsidir. Çünki istədiyi təqdirdə insan buna da güc yetirə bilər. Amma bunun üçün lazım olan şərt, “insanın özünə qarşı çox dürüst olmasıdır”. Özünə “kənardan baxa bilməsidir. Özünü haqlı görməməsidir. Qüsurunu haqlı hesab etməməsidir”. Özünü “ehtiyacsız” hesab etməməsidir. Əksikləri ola biləcəyinə heç ehtimal vermədən “Mən onsuz da yaxşıyam”, “mən dəyişdim”, “mən əlimdən gələni edirəm”, “mən onsuz da səmimiyəm” deməməsidir. Bu tərz məntiqlər şəxsiyyətini dəyişdirməsinə mənfi təsir edə biləcəyini bilməlidir.

