Səhih Hədislərdə Hz. İsanın İkinci Dəfə Yer Üzünə Gələcəyi Necə Xəbər Verilmişdir?

Mövzuyla əlaqədar hədislər, etibarlı hədis qaynağı olan “Kutubu Sittə”də və İmam Malikin “Muvatta”sı, İbn Huzeyme ilə İbn Hibbanın “Səhihlər”i, İbn Hənbəl və Tayalisinin “Müsnedlər”i kimi ən mötəbər hədis qaynaqlarında geniş bir şəkildə bəhs edir. Hz. İsanın yer üzünə gəlişiylə əlaqədar hədislərdən bəziləri belədir:

Sizlər on əlaməti görmədikcə heç bir zaman Qiyamət qopmaz… Biri də İsanın enməsi… (Müslim, Kitabı-l Fiten: 39)

Nəfsim qüdrət əlində olan Allaha and içərəm ki, Məryəm oğlu İsanın ədalət sahibi olaraq enməsi yaxındır… [Əbu Hureyre (r.ə)/Buxari, Büyu 102, Mezalim 31, Ənbiya 49; Müslim, İman 242 (155); Əbu Davud, Melahim 14 (4324); Tirmizi, Fiten 54 (2234)]

Vallah mütləq və şübhəsiz Məryəm oğlu İsa enəcək, həm ədalətli bir hakim, ədalətli bir hökmdar olaraq enəcək… [Əbu Hureyre (r.ə)/Buxari, Büyu 102, Mezalim 31, Ənbiya 49; Müslim, İman 242 (155); Əbu Davud, Melahim 14 (4324); Tirmizi, Fiten 54 (2234)]

İmamınız özünüzdən olduğu halda, Məryəm oğlu sizin içinizə endiyi zaman sizlər necə olarsınız? (Əbu Hureyre, (r.ə)/Buxari, Ənbiya 50, 3265, 3/1272; Müslim, İman 71,155,1/136; Beyhaki, Əsmə və Sifət 3265, 2/166)

Həyatım əlində olan Allaha and içərəm ki, Məryəm oğlu (İsa Aleyhissəlam)ın ədalətli bir hakim olaraq sizin içinizə enməsi şübhəsiz yaxındır. (Səhihi Müslim, 6/532)

İsa ibn Məryəm ədalətli bir hakim və ədalətli bir imam (dövlət başçısı) olaraq enmədikcə qiyamət qopmayacaq. (Sünəni İbni Macə, 10/340)

Peyğəmbərimiz (s.ə.v), Hz. İsanın gəldiyində, nələr edəcəklərini də belə ifadə etmişdir:

İsa ibn Məryəm enər, qırx il Allahın kitabı və mənim sünnəmlə hökm edər, vəfat edər. (Axırzaman Mehdisinin əlamətləri, səh. 92)

İsa ibn Məryəm mənim ümmətim içində; ədalətli bir hakim və (rəhbərlikdə) ədalətli bir imam olacaq, xaçı qırıb əzəcək və donuzu öldürəcək… Qab su ilə dolduğu kimi yer üzü barışla dolacaq. Din birliyi də olacaq, artıq Allahdan başqasına tapınılmayacaq. (Sünəni İbni Macə, 10/334)