Səhih-i Buxarinin səhihliyi 0.1%-dir

Allaha və İslama iman edənlər dinin qaynağı olan və Allahın hökmlərini özündə əks etdirən

Allaha və İslama iman edənlər dinin qaynağı olan və Allahın hökmlərini özündə əks etdirən Quranı rəhbər tutarlar. Quran açıq-aydın bir kitabdır və onu bilavasitə Allah açıqlamışdır (Hud surəsi, 1). Lakin buna baxmayaraq, insanların bir çoxu Allahın sözlərinin yer aldığı kitabdan başqa qaynaqları qəbul edib onları Allahın kitabı ilə eyni tuturlar. Bu qaynaqların doğru olduğuna dair heç bir dəlilin olmadığına baxmayaraq, onları Allahın hökmünə şərik edir və İslamın yanlış anlaşılmasına səbəb olurlar. Din birdir və qaynağı da yalnız Qurandır. Peyğəmbərimiz yalnız Qurana tabe olmuş və bunu təşviq etmişdir.

…Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz! (Kəhf surəsi, 26)

Məzhəb düşüncəsinə malik birisinə dinin qaynağının nə olduğunu soruşsaq, Quranla bərabər onlarla kitab və rəvayət qaynaqlarını misal gətirəcək. Bunların (öz düşüncələrinə əsasən) ən mötəbəri “Kutubi-Sittə” adı verilən hədis rəvayətlərinin yer aldığı yüzlərlə cild kitablardır. Bu kitablarda Qurana uyğun rəvayətlər olduğu kimi, ona tamamilə zidd və yalan hədislər də mövcuddur. Necə ki, Qurana bərabər qəbul edilən bu qaynaqlarda Allahın Quranda verdiyi hökmü rədd edən (haşa) rəvayətlər də vardır. Bu qaynaqların içində ən mötəbər qəbul ediləni “Səhihi-Buxari” kimi tanınan və özü əslən özbək və adı da Məhəmməd ibn İsmayıl əl-Buxari olan şəxsdir. Ənənəvi qaynaqlarda Buxarinin kitabı haqqında “İslamın Qurandan sonra gələn ən önəmli hökm kitabı” təbiri işlədilir. Bu inanc Allahın hökmlərinə qarşı ortaq hökm qəbul etməkdir. Buxarinin 600.000 hədisin həm mətnini, həm də rəvayət edənlərin adlarını əzbər bildiyi iddia edilir. Ağıla, məntiqə və riyaziyyata zidd olan bu inanc onu ilahiləşdirən zehniyyətin məhsuludur.

Buxari bir simvoldur. Buxari və onun kimi digər qaynaqlar İslam adına uydurulan mövzularla doludur. Ancaq dövrümüzdə məlumat əldə etmək əvvəlki kimi çətin deyil. İnsanlar bir neçə düyməyə basmaqla minlərlə məlumatı bir neçə saniyəyə əldə edə bilirlər. Quranın nuru artıq hər yeri aydınladır. Buxari və ya Qurandan kənar hər hansı bir qaynağın dinə aid olmadığı hamı tərəfindən başa düşülür. Hz. Mehdinin (ə.s) zühurundan sonra bu uydurma dinlər tamamilə ortadan qalxacaq və Quran doğru başa düşüldükdə Buxari və digərləri BUXARLANACAQ, inşaAllah.

Kimdir Buxari?

BUXARİ (H. 194-256) Buxarada anadan olub Səmərqəndin Xərtənk kəndində dünyasını dəyişib. Göründüyü kimi, yaşadığı yer Ərəbistandan çox aralıdır. Müslim və Tirmizi ondan hədis almışdır. Tirmizi və Əbu Davud tələbəsi olmuşdur. Müslim ona: “İcazə ver, ayaqlarından öpüm, ey ustadlar ustadı, ey mühəddislərin seyidi”, -demişdir. Səhihinin ən məşhur nüsxələri Nəsəfi və Firəbri nüsxəsidir. Nüsxələr arasında fərqliliklər var.

Əhməd ibn Hənbəl, Yəhya ibn Main, Əli ibn Mədəni, Saleh Cəzərə, Nəsəfi və Firbəri məşhur çağdaşları olub.

Buxari hədisləri yazarkən bunların səhih olmasına dair Allahın ismini çəkməklə qaranti də verir (haşa). Bu xüsusla əlaqədar belə deyib ki, incələdiyi 600.000 hədisin hər biri üçün yuyunub iki rükət namaz qılmış, Allaha istixarə edib mənəvi işarə axtarmış, ondan sonra hədisin səhihliyinə hökm etmişdir. Bu şəkildə, nəzərində səhihliyinin sübutu olmayan heç bir hədisi “Səhih”ə yazmadığını bildirmişdir. Bundan başqa, “Səhih”ini 16 ildə 600 min hədisdən seçib təkrarları ilə birlikdə 9.082 hədis yazmışdır.

Belə hesablama aparsaq, bu sözlərin həqiqəti əks etdirmədiyi ortaya çıxar. Altı yüz min hədis üçün 600.000 dəfə yuyunduğunu və hər bir hədis üçün də iki rükət namaz qıldığını söyləməklə hər gün (600.000:(16×365)=103) 103 dəfə yuyunduğunu iddia etmişdir. Bu, eyni zamanda, hər gün 103 dəfə namaz qılmaq deməkdir ki, gündə 103 dəfə yuyunub 103 dəfə namaz qıldığını iddia etmək ciddiyyətdən uzaqdır. Çünki gündə 103 dəfə yuyunmaq bir kənara, heç yatmasa belə, saatda ən azı dörd dəfə soyunub-geyinməlidir.

Göründüyü kimi, hədislərin səhihliyi mövzusunda iddia edilənlər tamamilə ağıldan və məntiqdən uzaqdır. Hədislərin 99%-nin Qurana zidd olmasının səbəbi də dəqiq anlaşılır. Din Qurandan öyrənilir və din adından hökmləri hədislər, məzhəblər, icma və ya rəy deyil, Quran verir:

Hökm yalnız Allahındır. (Yusif surəsi, 40)

O, Öz mülkünə heç kəsi şərik etməz! (Kəhf surəsi, 26)