Oxuduğunuz “Səhih Buxari” adlı kitab hədis ravisi İmam Buxarinin öz orijinal əsəri deyil. Hz. Məhəmmədin vəfatından düz 700 il sonra Yunini tərəfindən toplandığı iddia edilir. Lakin ortalıqda Yuninin nüsxəsi də yoxdur.
Buxarinin “Səhih” adlı əsəri öz orijinal yazısı deyil. Əl-Firəbri ravisi olan kitabın Buxaridən dörd yüz il sonra Əli ibn Məhəmməd əl-Yunini tərəfindən tək kitab halına gətirilməsi ilə bizə gəldiyi iddia edilsə də, bunun da orijinalı yoxdur. Buxaridəki zəif və ya şübhəli bir çox hədisin bu əl-Firəbri nüsxələrinə əlavə edilməsi ehtimalı böyükdür. Bugünkü “Səhih Buxari” nüsxələri ifadə etdiyimiz kimi, Buxarinin öz əl yazısına əsaslanmır. Bu rəvayətlər düşünüldüyü kimi, hz. Məhəmmədin vəfatından 230 il sonra belə deyil, düz 700 il sonra toplanmışdır. Hz. Məhəmmədin məlum yaş aralığına aid Quran fraqmentləri və sonrakı dövrlərə aid nüsxələrin mövcudluğu elmi şəkildə karbon testləri ilə sabit olduğu halda, məzhəbçilərin mötəbər zənn etdiyi Qurandan xaric qaynaqlara aid orijinal yazıların olmaması açıq şəkildə ziddiyyətdir.
Allahın dəyişmədən günümüzə qədər gələn mesajı olduğu yerdə belə qaynaqlara əməl etməyə çalışmaq və hələ bu qaynaqlar olmadan Quranın anlaşılmadığını iddia etmək ağılsızlıqdır.

