Şəhidlər ölü deyillər

İman edənlərə Quranda bildirilən sirlərdən biri də Allah yolunda ölənlərin əslində “ölü” (3)

İman edənlərə Quranda bildirilən sirlərdən biri də Allah yolunda ölənlərin əslində “ölü” olaraq qəbul edilməyəcəyidir. Allah bu insanların Öz qatında diri olduqlarını bildirir. Bu həqiqəti xəbər verən ayələrdə belə buyurur:

Allah yolunda öldürülənləri, əsla ölülər zənn etmə! Əksinə, onlar diridirlər və Rəbbi dərgahında onlara ruzi verilir. Onlar Allahın Öz lütfündən verdiyi (nemətlərə görə) sevinər və hələ onlara çatmamış (şəhid olacaq) kimsələrə heç bir qorxunun olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şad olarlar. Həm Allahdan gələn nemət və lütfə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə şad olarlar. (Ali İmran surəsi, 169-171)

Allah yolunda öldürülənlərə “ölülər” deməyin! Əksinə, onlar diridirlər, lakin siz bunu hiss etmirsiniz. (Bəqərə surəsi, 154)

Allah yolunda öldürülənlərlə bağlı Allahın Quranda bildirdiyi başqa mövzu isə, şəhidlərin Allah Qatında hidayətlərinin tamamlandığı və Cənnətə qəbul edilərək qurtuluşa çatanlardan olduqlarıdır.

Rəbbi də onların duasını qəbul etdi (və dedi:) “Kişi və ya qadın olmaqla sizdən heç bir əməl sahibinin əməlini puça çıxarmaram. Sizlər bir-birinizdənsiniz. Hicrət edən, öz yurdlarından çıxardılan, Mənim yolumda əziyyətə düçar olan və vuruşub öldürülənlərin Allah dərgahından bir mükafat olaraq, günahlarının üstünü örtəcəyəm və onları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah dərgahındadır. (Ali İmran surəsi, 195)

Allah yolunda hicrət edib sonra öldürülən, yaxud ölən kimsələrə gəldikdə, əlbəttə, Allah onları gözəl bir ruzi ilə ruziləndirəcəkdir. Şübhəsiz ki, Allah ruzi verənlərin ən xeyirlisidir. Həqiqətən, Allah onları razı qalacaqları bir yerə daxil edəcəkdir. Şübhəsiz ki, Allah hər şeyi biləndir, həlimdir. (Həcc surəsi, 59)

Məhz bu ayələrdə Allah yolunda öldürülən insanlarla bağlı bildirilən həqiqətlər də, Quranın xalq arasında çox bilinməyən sirlərindən biridir.