Şəhidlər ölməz!

Ölümü özünüzdən uzaqlaşdırın ayəsi

“(Evlərində) oturub öz qardaşları barəsində: “Əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər”. Elə olmasaydı ölməzdi, belə olsaydı ölməzdilər, – deyir insanlar, ayədə bu bildirilir. “De: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!”. (Ali İmran surəsi, 168) Ölüm mütləq gələcək, – deyir Allah.

“Allah yolunda öldürülənləri əsla ölmüş sanma”. Şəhidlərə ölü demək haramdır. “Əksinə, (onlar) diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir”. Gözəl yeməklərlə. “Ölü deyillər”, – deyir Allah. Normal ölənlər özlərinin öldüyünü bilir, “mən öldüm”, – deyir. Şəhid bunu hiss etmir. Yəni diri olduğuna əmindir. Yaddaşını, hər şeyini Allah ona uyğun yaratdığına görə anlamır.

“Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir. “Hər zaman sevinc içindədirlər. Daima sevinc var, nə kədərlənirlər, nə iztirab, nə çətinlik çəkirlər, daim nəşəlidirlər. “Arxalarınca gəlib hələ onlara çatmamış kəslər üçün” Yəni digər igidlər üçün, qoç pəhləvanlar üçün “fərəhlənirlər”, kaş ki bu məkanı, mühiti biləydilər, bu sevinci yaşamağı biləydilər, eşq dolu gələydilər. “heç bir qorxu ilə qarşılaşmayacaqlar”. Heç bir qorxu yoxdur. Əslində, dünyada günahkardır, amma şəhid olduqdan sonra hökm qalxır üstündən. Çox böyük rahatlıqdır. Daim savab qazanacaq şəkildə yaşayırlar orada. “və onlar kədərlənməyəcəklər”.

“Onlar Allahın nemətinə, lütfkarlığına, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər”. Allahın vədinin doğru olduğunu müjdələyirlər. Cənab Allah yenə igidlərdən bəhs edir:

“Yaralandıqdan sonra” müharibədə güllə dəyir və ya bomba partlayır, ayağını qoparır. “Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslər” hələ də cəhd etməyə davam edir, maşaAllah. “İçərilərindən yaxşı işlər görənlər”. Hələ də gözəl əxlaqdan, şövqdən, Allah yolunda mübarizədən bəhs edənlər. “və (Allahdan) qorxanlar üçün böyük mükafat vardır”. Müharibə veteranı olub, yenə İslama möhkəm şəkildə bağlıdır. Hansı ki, “yenə gedəcəm” deyən igidlər, aslanlar. Bir şəhid atası çıxıb dedi ki: “Mən şəhadətə inanıram, bir qram içimdə qəm-qüssə yoxdur. Allah, Kitab, Vətən, millət üçün getdi mənim övladım, halal olsun” deyir.