Mömin insan səhər oyanarkən ilk andan etibarən gün ərzində qarşılaşdığı və yaşadığı hər bir hadisədə Allahın Quranda bildirdiyi ifadə ilə desək, “ayələr”in olduğunu bilir. “Ayələr” Quranda Allahın varlığının, birliyinin və sifətlərinin dəqiq dəlilləri olan hadisələr və varlıqlar mənasında işlədilir. Bu ifadə ilə oxşar bir məna daşıyan digər bir anlayış isə “iman həqiqətləri”dir. İman həqiqətləri də “imana doğru aparan, imana vəsilə olan və eyni zamanda imanın artmasını, inkişaf etməsini və möhkəmlənməsini təmin edən həqiqətlər” kimi izah edilə bilər. Ancaq bu ayələri və ya iman həqiqətlərini dərk edə bilmək yalnız səmimi bir şəkildə Allaha üz tutan insanlara xas olan bir xüsusiyyətdir. “Ali-İmran” surəsinin 190-cı ayəsi buna misal kimi verilə bilər:
“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində təmiz ağıl sahibləri üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.” (Ali İmran surəsi, 190)
