Allahın hər şeyi tale ilə yaratması ən böyük nemətlərdən biridir. Tale insanlar üçün çox böyük bir rahatlıqdır. Taleyə iman edən bir insan həyatı boyunca yaşadığı və yaşayacağı hər hadisənin Allahın taleyində yaratdığını bilərək bunun rahatlığını və mənəvi hüzurunu yaşayar.
Taleyə təslim olan insan rahatdır, çünki sabahından narahat deyildir. Sabah nə olacağını düşünüb naratçılıq və sıxıntı içinə girməz. Çünki, Allahın sabahı onun üçün ən xeyirli şəkildə yaradacağını bilir.
Taleyə inanan insan keçmişində etdiyi səhvlərinə görə də bədbin olmaz. Çünki keçmişdə o xətaları Allahın özü üçün yaratdığı tale çərçivəsində etdiyini bilir, bunun xeyir və hikmətləri haqqında düşünür. Peşmançılıq duyub tövbə edər, eyni səhvləri təkrarlamamağa cəhd göstərər. taleyində Allahın həmin səhvlərini düzəltməsi, tövbə etməsi üçün bir çox hikmət və gözəlliklə yaratdığını bilir.
Taleyə inanan insan ölüm anının da taleyində olduğunu, Allahın dilədiyi vaxtda, dilədiyi yerdə və formada canını alacağını bilir. Allahın canını almaq üçün təqdir etdiyi zaman gəldiyində heç bir kəsin və heç bir şeyin onu qoruya bilməyəcəyini bilir. Bunun üçün təvəkküllüdür. Allaha inanıb dərin iman etdiyi üçün axirətdə sonsuz gözəl həyatla qarşılaşacağı ümidindədir. Allahın rizasına uyğun yaşamağın və taleyə iman edərək həyat sürməyin gətirdiyi vicdan rahatlığı içindədir.

