Seçilmişlik

Allah bütün insanları taleyi ilə birlikdə yaratdı və bu taleyi nə bir insan, nə də hər hansı

Allah bütün insanları taleyi ilə birlikdə yaratdı və bu taleyi nə bir insan, nə də hər hansı bir şey dəyişdirə bilər. Nə vaxt, harada, hansı ailədə doğulacağımızı təyin edən, həyatımız boyu hansı hadisələrlə qarşılaşıb nələr yaşayacağımıza qərar verən Allahdır. İnsana sahib olduğu ağlı, fikrindən keçirdiyi düşüncələri ilham edən də Allahdır.

Buna görə də iman gətirmək insanın öz xüsusiyyətindən qaynaqlanmır. İnsana imanı bəxş edən Rəbbimizdir. Allah “Hadi”dir, yəni hidayət verəndir, “Rəbb”dir, yəni öyrədib yetişdirəndir. İstədiyi qulunu doğru yola yönəldər. Quranda bu həqiqət hz. Musanın dilindən belə xəbər verilir:

Musa dedi: “Bizim Rəbbimiz hər şeyə öz xüsusiyyətini verən, sonra da doğru yolu göstərəndir”. (Taha surəsi, 50)

İman gətirənlər Allahın onlara çox böyük nemət lütf etdiyi insanlardır. Allah bir ayədə belə buyurur:

Rəbbin dilədiyini yaradar və seçər. Onların isə seçmə haqqı yoxdur… (Qəsas surəsi, 68)

İnsanlar cənnətə ancaq Allahın lütfü və bağışlaması sayəsində girərlər. Allah cənnətinə varis qıldığı möminləri seçmiş, onlara lütf etmiş, onları öyrətmiş, günahlarını bağışlamış, səhvlərini örtmüşdür.

Mömin seçildiyini daima düşünməli, ona bəxş edilən iman üçün Allaha şükür etməlidir. Seçilmişliyin üstün xüsusiyyətləri onun hər hərəkətində əks olunmalı, təmkinli və kübar olmalıdır. Yer üzündə Quran əxlaqını təmsil etdiyini, qəflət içində olan əxlaqsız insanların arasında Allahın onu imanla şərəfləndirdiyini unutmamalıdır. Çünki mömin yer üzündə yaşayan Quran əxlaqından uzaq yaşayan, ruhsuz (zombi) insanlar arasında haqq yola üz tutan məhdud saydakı qullardan biridir. Allah hansı insanların ziyanda olduğunu belə xəbər verir:

Əsrə and olsun! Həqiqətən, insan ziyan içindədir. Ancaq iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı və səbri tövsiyə edənlər bundan istisnadır. (Əsr surəsi, 1-3)