Səbir etmək çox gözəl əxlaqi xüsusiyyət olduğu halda, şeytan bu anlayışı insanlara səhv tanıdır. Demək olar ki, insanlar səbrin gözəl tərəflərini bilmirlər, əksəriyyəti səbir etməyin çətin, sıxıntılı və əziyyətli olduğunu zənn edirlər. Səbir dedikdə ağıllarına məcburiyyətdən qaynaqlanan, istəmədən nəyəsə “dözmək” feli gəlir. Halbuki, səbir Allahın rizası olan bir işdə qərarlı olmaq, imtina etmədən, qorxmadan, əzmlə o işi sonuna qədər davam etməkdir. Məsələn, bütün hadisələr qarşısında gözəl davranmaq, hirslənəcəyi bir hadisə ilə qarşılaşdığı anda hirsini boğaraq gözəl söz söyləmək… Və nə olursa olsun bu əxlaqda qərarlı olmaq, zəiflik göstərməmək səbrə gözəl nümunədir.
Səbr nədir? Şeytan səbri səhv tanıdır
