Səbir, Allahın vəd etdiyi gözəl nəticəni sevinc və həsrətlə gözləməkdir. Şeytan səbri çətin və sıxıntılı göstərməyə çalışsa belə, əksinə, səbir etmək möminin şövqünü, həyəcanını və sevincini artırır. Məsələn, bütün möminlər həsrətlə axirəti, cənnətə qovuşmağı arzulayır və bunun üçün səbirlə gözləyirlər. Hər hansısa bir mövzuda Allah üçün səbir edən mömin, Allahın bu səbrinin qarşılığını verəcəyini bildiyi üçün sevincli yaşayır. Möminlər pis münasibətlə qarşılaşdığı zaman da səbir edirlər. Yəni hirslənmədən, zəiflik göstərmədən Quranda əmr edilən gözəl davranış və əxlaqı göstərirlər.
Səbr etmək niyə gözəldir?
