Səbirsizlik və ümidsizlik kimi anlayışların möminlərin həyatında yeri varmı?

Allah “Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Ali İmran surəsi, 200) ayəsi ilə möminlərə hər hansı bir çətinliklə qarşılaşdıqları zaman səbir göstərməyi tövsiyə etmişdir. Möminlər bu çətinliyi aradan qaldırmaq üçün ağıllarını, maddi və mənəvi bütün imkanlarını son həddinə qədər istifadə edər, əllərindən gələn bütün səyi göstərərlər.

Lakin eyni zamanda çətinliklərin Allahın onları sınamaq üçün yaratdığı xüsusi hadisələr olduğunu və bu hadisələrin arxasında mütləq bir xeyir gizləndiyini bildikləri üçün Allaha təvəkkül edərlər. Möminlərin səbir göstərməsinin əsasında Allaha olan bu möhkəm etimad dayanır. Onlar Allahın hər bir hadisəni mütləq bir hikmətlə yaratdığına və möminlərin dualarını qəbul edərək bu çətinlikləri aradan qaldıracağına qəti şəkildə inanarlar. Məhz buna görə də onlar heç vaxt ümidsizlik hissinə qapılmazlar.

Allah bir ayəsində möminlərə hər nə baş verərsə-versin, Öz mərhəmətindən heç vaxt ümidlərini kəsməməyi əmr edərək belə buyurur:

Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (Zumər surəsi, 53)