İnsanların çoxu ancaq zəruri vəziyyətlərdə və edəcək başqa şey qalmadıqda səbirli olmağa inanırlar. Əslində isə səbirli olmağın belə bir davranışla heç bir əlaqəsi yoxdur. Onlar sinə gərməyə məcbur olduqları çətinliyə ancaq dözürlər. Dözümlülük insanlar başına gələn hadisələri Allahın hikmətlə yaratdığını və hamısında xeyrin olduğunu düşünmədikləri üçün sıxıntı çəkirlər. Bu mənfi ruh halı danışıqlarında və üz ifadələrində özünü bəlli edir. Dözümlülük vəziyyət sona çatana qədər bu əhvaldan qurtula bilmirlər.
Möminlərin göstərdiyi səbir isə dözümlülük anlayışından çox fərqlidir. Bir çətinliklə üzləşəndə bunu Allahın yaratdığını və mütləq xeyirli olduğunu bilirlər. Allahın onlara ən gözəl taleni yazdığını bildiklərinə görə baş verənlərə könül xoşluğu ilə razı olub təvəkkül edirlər. Bir ayədə Allaha möminlər barəsində belə buyurur:
O kəslər ki, səbirli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər. (Ənkəbut surəsi, 59)
Möminlər heç bir şərtdə şikayət və üzüntünü özlərinə yaraşdırmazlar. Bununla bərabər, “Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir” (İnşirah surəsi, 5) ayəsində də bildirildiyi kimi, Allahın çətinliyi asanlıqla birgə yaratdığından və bunun Allahın dəyişməyən qanunu olduğundan xəbərdardırlar.
Allah “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər…” (Bəqərə surəsi, 286) ayəsində insanlara əhəmiyyətli bir həqiqətdən bəhs edir. Allah hər insanı ancaq öhdəsindən gələ biləcəyi çətinliklərlə imtahan edir. Dolayısilə, insan hər hansı çətinliklə qarşılaşırsa, deməli, Allah ona bunun üçün səbir gücü də vermişdir. Quranın bu ayələrinə iman edən möminlər səbri dözümlülük kimi qəbul etmirlər. Dünyada ikən bu çətinliklər sona çatmasa belə, bunda bir xeyir olduğunu və Allahın axirətdə səbrin qarşılığını ən gözəli ilə verəcəyini bilirlər. Bunu bildiklərinə görə heç bir zaman sıxıntı çəkməzlər. Hər çətinliyi yalnız Allahın yox edəcəyini və yalnız Ondan kömək istəməyin lazım olduğunu bilərək Rəbbimizə dua edirlər.

