Səbirli olmaq əsalətdir, gözəllik və bərəkətdir

Səbir ən əhəmiyyətli mömin xüsusiyyətlərindən biridir

Ona görə də sən gözəl bir şəkildə səbir et! (Məaric surəsi, 5)

Səbir ən əhəmiyyətli mömin xüsusiyyətlərindən biridir. Səbri daha da qiymətli edən isə “gözəl” səbir göstərərək səbir etməkdir. Bəs gözəl səbir göstərərək səbretmək necə olur?

Allah Müsəlman üçün həyatının bir çox anında səbir göstərməsi üçün lazım olan hadisələr yaradır. Dünya həyatına dair acizliklər, xəstəliklər, nəfsinin yetişdirilməsi üçün Allahın onun qarşısına çıxardığı insanlar, inanmayanların əzab və təhqirləri bunlardan bəzilərindəndir. Allahın Quranda və hədislərdə bizə bildirdiyi sonsuz gözəlliklərin mükəmməl təcəllisi olaraq yaratdığı cənnəti ümid edərək və istəyərək yaşamaq çox böyük bir gözəllikdir. Müsəlman, Allahdan sonsuz gözəllikdəki cənnəti ümid edərkən, digər tərəfdən də olduqca hikmətli olaraq, bir çox qüsurlarla yaradılmış bu dünya həyatının acizliklərinə gözəl səbir nümayiş etdirmək vəziyyətindədir.

Gözəl bir səbrin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də məcburən deyil, qəlbin rahat bir şəkildə aram tapmış halda səbir etməsidir. Səbir edərkən, insan Allahın ona göstərdiyi bütün hadisələrin, ən gözəl, ən xeyirli və ən hikmətli şəkildə yaradıldığından tam əmin olmalıdır. Qəlbin bundan tam rarahat olması insanın üz ifadəsindən, ruhundakı hüzurdan, danışıqlarından hiss edilir. Üzündə səbir etmənin verdiyi rahatlıq, hüzur, ifadələrində səbrin ona aşıladığı yetkinlik və təvəkkül vardır.

Gözəl bir şəkildə səbir edən adam, etdiyi ibadəti dərk edərək, Allah üçün səbir göstərdiyini bilərək və zövq alaraq səbir edər. Məsələn, insan böyük bir nemət bolluğu ilə qarşılaşdığında Allaha həmd edərək bunun şükrünü ən gözəl şəkildə etməyə çalışsa, o neməti ən gözəl şəkildə istifadə edib, Allaha ürəkdən və sözlə şükür etsə, eyni şəkildə səbir göstərməsi lazım olan vəziyyətlə qarşılaşdığında da, bunun da Allahdan bir nemət, bir lütf olduğunun dərk edərək hərəkət etməlidir. Səbir etdiyi hadisələri Allahın bir çox hikmətlə, gözəlliklərə zəmin hazırlaması üçün yaratdığını bilərək, hamısının Allahın bir lütfü olduğunu düşünərək hərəkət etməli, səbir edərkən bunun gözəlliyini yaşamalıdır.