Səbir ən əhəmiyyətli mömin xüsusiyyətlərindən biridir. Səbri daha da qiymətli edən isə “gözəl” səbir göstərərək səbir etməkdir.
Allah Müsəlman üçün həyatının bir çox anında səbir göstərməsi üçün lazım olan hadisələr yaradır. Dünya həyatına dair acizliklər, xəstəliklər, Allahın onun qarşısına çıxardığı insanlar, inanmayanların əzab və təhqirləri bunlardan bəziləridir. Allahın Quranda bizə bildirdiyi sonsuz gözəlliklərin mükəmməl təcəllisi olaraq yaratdığı cənnəti ümid edərək və istəyərək yaşamaq çox böyük gözəllikdir. Müsəlman, Allahdan sonsuz gözəllikdəki cənnəti ümid edərkən, digər tərəfdən də olduqca hikmətli olaraq, bir çox qüsurlarla yaradılmış bu dünya həyatının acizliklərinə gözəl səbir nümayiş etdirmək vəziyyətindədir.
Gözəl bir səbrin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də məcburən deyil, qəlbin rahat şəkildə aram tapmış halda səbir etməsidir. Səbir edərkən, insan Allahın ona göstərdiyi bütün hadisələrin, ən gözəl, ən xeyirli və ən hikmətli şəkildə yaradıldığından tam əmin olmalıdır. Qəlbin bundan tam rahat olması insanın üz ifadəsindən, ruhundakı hüzurdan, danışıqlarından hiss edilir. Üzündə səbir etmənin verdiyi rahatlıq, dinclik, ifadələrində səbrin ona aşıladığı yetkinlik və təvəkkül vardır.
Qətiyyət Allahın Quranda bildirdiyi, peyğəmbərlərin və saleh möminlərin ən diqqət çəkən xüsusiyyətlərindən biridir. Möminlərin bu xüsusiyyətlərinin mənbəyi Allaha olan güclü imanları və həmişə Onun razılığını axtarmalarıdır. Heç bir çətinlik möminləri Allahın əmrlərini yerinə yetirməkdən çəkindirə bilməz. Mömin qətiyyəti ilə həyatı boyu şövqlə qulluq vəzifəsini yerinə yetirir və Onun əmr etdiyi gözəl əxlaqı yaşayır.
Qəti qərarlılıq və güclü iradə imanla, təvəkküllə meydana gələn mömin xüsusiyyətidir. Çünki Allaha təvəkkül etmiş və taleyə təslim olmuş insan əsla çətinlik qarşısında acizlik göstərmir. Hər şeyi Allahın yaratdığını bildiyi üçün şövqlə qarşısına çıxan hər fürsəti istifadə edir.

