Sayca az olan mömin sayca çox olan inkar edənə üstün gələ bilər

İman gətirənlər üçün Allahın yaratdığı möcüzələrdən biri də sayılarının az olmasına

İman gətirənlər üçün Allahın yaratdığı möcüzələrdən biri də sayılarının az olmasına baxmayaraq, Allahın izni ilə, daima üstün gəlmələridir. Bu, Allahın bir çox ayədə bildirdiyi mühüm sirdir və inkar edənləri aldadır. Quranda Talut hekayəsində də göründüyü kimi, Allah iman gətirənlərə itaət etdiklərinə görə, az sayda olmalarına baxmayaraq üstün mövqe bəxş etmiş, zəfər nəsib etmişdir.

Allahın Quranda bildirdiyi bir çox ayədə sirlər gizlənmişdir. Bu sirlərdən biri də səbirlə əlaqədardır. Allah səbir edənlərin gücünün artacağını müjdələyir. Unutmaq olmaz ki, dünyadakı güc və imkan tamamilə Allaha aiddir. Allaha qarşı olan insanın gücü belə, əslində, Allahın gücüdür. Allah o insanı və digərlərini sınamaq üçün o insanda güc yaradır, istədikdə o gücü ondan alır. Buna görə, Allah istədiyinə istədiyi zaman güc və qələbə bəxş edir. Allah ayədə səbir edənlərin güclü olacağını, yəni o insanlara güc qazandıracağını bildirir.

Allah istəsə, insanları görünməyən yollarla dəstəkləyərək zəfər nəsib edə bilər (Ali İmran surəsi, 125). Məsələn, bir insan Allahın dinini müdafiə edərkən Allah onu görünməyən yollarla dəstəkləyib ən gözəl və ən hikmətli şəkildə danışdırır, onun söhbətinə qarşı insanların qəlbində təsir və həssaslıq yaradır. Ona görə də uğur, zəfər, təsir insana aid deyil. İnsan Allahın əmrlərinə tabe olmalı, Onun hədlərini qorumalıdır. Bütün qələbələrin, uğurların və qəlblərdəki təsirin sahibi Allahdır.

Allahın ayələrdə bildirdiyi kimi (Ənfal surəsi, 65-66), əgər möminlər öz aralarında zəiflik göstərməsələr, səbir etsələr və Allahdan qorxsalar, bir möminin gücü 10 nəfərə bərabər olar. Bu güc fiziki güc mənasını daşıdığı kimi, eyni zamanda başqa mənaları da ifadə edir. Məsələn, bir möminin insanlara din əxlaqını təbliğ etmək, Allahın yoluna dəvət etmək üçün cəhdi on nəfərin təbliğinə bərabər gücdə ola bilər. Bir möminin elmi on nəfərin elminə bərabər ola bilər. Bir möminin Allahın razılığını qazanmaq üçün gördüyü iş on nəfərin birlikdə gördüyü işə bərabər ola bilər. Bir mömin on kafirin azdırdığı qədər insanı Allahın doğru yoluna çağırıb imanlarına səbəb ola bilər. Bir mömin on inkarçının küfrünü məhv edib haqla əvəz edə bilər.