Saxta Mehdilərin Çıxması Hz. Mehdinin Çıxış Əlamətlərindəndir?

Hədislərdə bildirildiyinə görə, hz. Mehdinin ortaya çıxışından əvvəl, bir çox saxta qurtarıcılar, Mehdilər və hz. İsa olduğunu iddia edən insanlar ortaya çıxacaq. Bu kimi insanların ortaya çıxması isə insanların hz. İsa, ya da hz. Mehdi olduğunu söyləyən hər kəsə şübhə ilə yaxınlaşmalarına səbəb olacaq ola bilər.

Hz. İsanın və hz. Mehdinin tanınmamalarında bu saxta şəxslərin varlığı əhəmiyyətli bir faktor olacağı ola bilər. Bu cür saxta qurtarıcıların çıxışına şahid olmaları insanların hz. Mehdini də uzun müddət tanımamasına səbəb ola bilər. Ancaq heç unutmamaq lazımdır ki, saxta Mehdilərin ortaya çıxışı da hz. Mehdinin gəlişinin əhəmiyyətli bir əlaməti və müjdəsidir. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bu müjdə bu şəkildə xəbər verilir:

Hər biri Allahın Elçisi olduğunu iddia edən otuza yaxın yalançı göndərilmədikcə qiyamət qopmayacaq. (Tirmizi, Fiten: 43; Əbu Davud, Melahim: 16)

Hər birisi özünü Tək Məbud olan Allahdan Rəsul olaraq göndərildiyini iddia edən altmış yalançının çıxması. (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 36)

Saxta mehdilərin və məsihlərin bir qismi çıxmışdır, bir qismi də sonrakı illərdə çıxacaq (doğrusunu Allah bilir). Şübhəsiz, saxta məsihlərin yalanlarının tamamilə ortaya çıxacağı günlər isə çox yaxındır. Çünki Peyğəmbərimiz (s.ə.v) yalançıların ardından hz. İsanın geri dönüşünü və Hz. Mehdinin gəlişini də müjdələmişdir.