Dəccal, Məsihin ortaya çıxması üçün süni qiyamət əlamətləri yaradır və bu süni əlamətlər üçün xristianları təşviq edir. Bu şərtlər yarananda isə, Dəccal qurduğu saxta nizamın gərəyi olaraq bu dəfə də “Süni Məsih” iddiasını ortaya atacaqdır. Hz. İsanın gəlişindən əvvəl bir çox saxta Məsih ortaya çıxacaq, ancaq Məsih Dəccal bunların ən şiddətlisi olacaqdır. Hədislərin işarəsinə əsasən xristianlar və musəvilər arasında təsiri altına aldığı bir sıra qruplar bu hadisəni təşkil edəcək və Dəccalı hz. İsa olaraq göstərəcəklər. Peyğəmbərimizin hədislərində Dəccalın əvvəlcə “peyğəmbərlik”, daha sonra isə “ilahlıq” (Allahı tənzih edirik) iddiasında olacağını belə xəbər vermişdir :
“(Dəccal) çıxdığı zaman hər kəs onu həqiqi mürşid bilib onun ardınca gedəcək, sonra Kufəyə gəlincə eyni şəkildə fəaliyyətini davam etdirəcək və peyğəmbərlik iddia edəcək. Bunu görən ağıl sahibi insanlar ondan ayrılacaqlar…Sonra ilahlıq davasında olacaq… (Əstəğfurullah) “Mən Allaham” deyəcək.”
“O (Dəccal) əvvəlcə: “Mən peyğəmbərəm” deyəcək. Halbuki, məndən sonra heç bir peyğəmbər yoxdur. Sonra ikinci bir iddiada olacaq: “Mən Rəbbinizəm” deyəcəkdir. Halbuki, siz ölənədək Rəbbinizi görə bilməzsiniz…”
“Şeytanlar ona: “Nə istəsən de, edək!” deyəcəklər. O da: “Gedin, insanlara mənim onların Rəbbi olduğumu deyin!” deyib hər birini bir tərəfə salacaq….”
İmam Şarrani isə Dəccalın ilahlıq iddiasi ilə millətləri təsiri altına alacağını belə bildirmişdir:
“Dəccal bir millətin yanına gələrək onları (öz batil yoluna ) dəvət edər. O millət də Dəccalın ilah olduğuna iman gətirib, ona qulluq edərlər.”
Bütün bu məlumatlardan Dəccalın insanlara əvvəl tək bir yol göstərici olaraq tanış edəcəyi, sonra isə Məsihliyini və daha sonra da ilahlığını elan edəcəyi başa düşülür. Dəccal geniş kütlələri bu vəziyyətə razı sala bilmək üçün texnologiyanın imkanlarından faydalanacaq, ən inkişaf etmiş hipnoz üsullarından istifadə edəcək. Bədiuzzaman Səid Nursi Dəccalın istifadə edəcəyi bu üsulu belə xəbər verir:
“Böyük dəccalın hipnoz etmə növündən təsiredici xüsusiyyətləri olar… Sadəcə dünyanı məqsəd edən bir inkaredici, mütləq inancdan çıxar və bir cürət və cəsarətlə dini dəyərlərə hücum edər. İşin həqiqətini bilməyən xalq bunu çox gözəl bir iqtidar və cəsarət kimi görər.”
Başqa bir sözündə isə Bədiüzzaman Dəccalın insanları aldatmaq üçün edəcəyi bu hiylələri belə açıqlamışdır:
“Sehr, cadu və cindarlıqla məşğul olan Dəccal ilahlığını elan edər.”
Bədiuzzamanın da bildirdiyi kimi, Dəccal hipnoz və cadu yalanlarında usta olaraq, texnoloji hiylələrlə süni möcüzələr göstərərək özünü insanlara hz. İsa olaraq tanıdacaq. Peyğəmbərimizin hədislərində Dəccalın göstərdiyi bu süni möcüzələr və bu yolla insanları necə təsiri altına alacağı belə xəbər verilmişdir:
“Fitnəsindən biri də budur: O, bir bədəviyə: “Deyin görək! Əgər mən sənin üçün ananı və atanı diriltsəm, mənim sənin Rəbbin olduğuma şəhadət gətirərsənmi?” deyəcək. Bədəvi də: “bəli” deyəcək. Bundan sonra iki şeytan onun atası və anası surətində ona görsənəcəklər… Bundan əlavə, Dəccal başındakı quldur əhlinə: “İndi mən bu adamı öldürsəm, sonra təkrar diriltsəm, mənim ilahlıq iddiama şübhə edərsinizmi?” deyə soruşar. Onun fitnəsi də budur: O, tək bir kişini öldürəcək və hətta onu hissələrə ayıracaq. Sonra Dəccal orda olanlara “Bu öldürdüyüm quluma baxın. İndi mən onu dirildəcəyəm…” deyəcək.”
Hədislərə görə Dəccal uydurma ilahlığını elan edərkən buna dəlil gətirmək üçün müxtəlif hiylələrlə qəbirstanlıqdan insanı qaldıracaq, insanlara özünü ölüləri dirildən kimi göstərəcək, adət edilməyən və göz bağlayıcılıqla kütlə nümayişləri edəcək. Xristianlar bütün bunları hz. İsanın edə biləcəyi möcüzələr olduğunu zənn edəcəklər və beləliklə, Dəccalın uydurma ilahlığına çox asan şəkildə inanacaqlar. Xalqın böyük bir hissəsi Dəccalın bu şişirtmə göstərişlərindən təsirlənəcək və onun həqiqi hz. İsa olduğuna inanacaqlar.
Dəccalın oyunları Peyğəmbərimizin hədislərində, İslam alimlərinin izahlarında və digər dinlərin müqəddəs qaynaqlarında verilən məlumatlarla demək olar ki, eynidir. Bu səbəbdən xristian, musəvi və müsəlmanlar bütün bunları bilərək hərəkət etməli və Dəccalın oyununa qarşı çox diqqətli olmalıdırlar.
Dəccal, Məsihin gəlişinə zəmin hazırlamaq adı altında xristianları çox böyük yalana aparmağa çalışır. Hz. İsanın gəlişinə hazırlıq etmək əlbəttə ki, böyük qulluq, peyğəmbərə göstərilən çox gözəl sevgi və hörmət ifadəsidir. Ancaq Dəccal insanlara çox fərqli yollardan yaxınlaşaraq, zülmü və qan tökməyi düzgün göstərərək bəşəriyyəti azdırmağı hədəf alır. Belə ki, hədislərin işarəsinə görə Dəccalın bu mübarizəsi həqiqi hz. İsa zühur edənə kimi də qurtarmayacaq, insanları hz. İsaya sədaqət adı altında aldatmağa davam edəcək. Nə Dəccalın bu oyunlarının aşkarlanması, nə də Dəccalın oyununa aldanaraq terrora, şiddətə, savaşa və qan tökməyə sövq edən insanların xəbərdar edilməsi Dəccalın dayandırılması üçün kifayət etməyəcək. Bəzi xristianlar tam gözlədikləri tərzdə iddialarla ortaya çıxmasından, gözlənilən zamanda zühur etməsindən və möcüzə olduğunu zənn etdiklərindən bir çox saxta “yaxşılıqlar” etməsinə görə bu xəbərdalıqlara fikir verməyəcəklər. Dəccalın bu fitnəsinin tərəfdarlarının sayı və fəaliyyətinin hüdudları getdikcə daha da artır.
Ancaq bunu yaddan çıxarmayaq ki, bütün bunlar taledə bu şəkildə olduğu üçün yaşanır. Nə Dəccalın, nə də ona dəstək verən tərəfdarlarının özlərinə aid müstəqil gücləri yoxdur. Bəzi insanlar hz. İsanın gələ bilməsi üçün lazımi qiyamət əlamətlərini süni olaraq özləri hazırladıqlarını düşünürlər, amma əslində, bunları yaradan Allahdır, hz. İsanın gəlməsi üçün səy göstərənlər istədikləri nəticəni əldə edəcəklər. Amma onun gəlişi Allah istədiyi və taledə bu şəkildə gözlənildiyi üçün olacaqdır. Kiminsə müəyyən şərtləri hazırladıqları üçün deyil. Çünki Allahın taleyi xaricində heç kimin belə bir şeyə gücü çatmaz.
Eyni şəkildə, Dəccalın xristianlardan bir qrupa öz istəklərini məqbul göstərib idarə etməsi də yenə Allahın yaratdığı taledə olduğu üçün həyata keçmişdir. Yoxsa Dəccal tam təsvir edildiyi kimi ortaya çıxmışdır və bütün əlamətlərindən Dəccal olduğu aydın olmuşdur. Amma yenə də taledə belə olduğu üçün xristianlar və musəvilər arasında bəzi kütlələri aldada bilmişdir.
Belə ki, bütün bu xəbərdarlıqlara baxmayaraq, Dəccal yenə aldatmağa və oyun oynamağa davam edəcək, ətrafındakı insanlar onun saxta üzünü görə bilməyəcəklər. Bu vəziyyət hz. İsanın zühur etməsinə qədər davam edəcək, xristian camaatı və digər insanlar ancaq əsl Məsihin ortaya çıxması ilə bu həqiqətin fərqini görəcəklər.
Dəccalın bütün oyunları ancaq hz. İsanın ortaya çıxması ilə pozulacaq. Dəccal hz. İsanı gördüyü vaxt duzun suda əridiyi kimi əriyəcək, bütün hiylələri üzə çıxacaq, xalqın gözü qabağında alçalacaq və böyük məğlubiyyətlə qarşılaşacaq. Məsihlik iddiası ilə etdiyi bütün saxta möcüzələrin yalandan ibarət olduğu ortaya çıxacaq, etdiyi bütün illüziyalar, hipnozlar, kütlə göstərişləri təsirsiz qalacaq. Peyğəmbərimizin hədislərində, hz. İsanın vasitəsilə reallaşan Dəccalın məğlubiyyəti belə xəbər vermişdir:
“Allahın düşməni olan Məsihi-Dəccal İsanı gördüyü vaxt duzun suda əridiyi kimi əriyər. Hz. İsa onu tərk edib buraxsa belə, həlak olana qədər əriyib gedəcək. Lakin Allah onu şəxsən İsanın əli ilə yox edəcək.”
“Dəccal ortalığa fitnə yayarkən Cənabı-Haqq, Məsih İsa ibni Məryəmi göndərər. Hz. İsa Dəccal ilə Lüddə qapısında qarşılaşar və onu məhv edər.”
Dəccalın məğlub olduğu yer isə hədislərdə bildirildiyi kimi Qüds olacaq. Hz. İsa yer üzünə yenidən qayıtdığı vaxt Məscidi-Əqsada Dəccalla qarşılaşacaq və hədisdə bildirildiyi kimi “Hz. İsanın nəfəsi belə Dəccallın fitnəsini yıxmağa bəsdir.”
“….Onun (hz. İsanın) nəfəsinin qoxusunu duyan heç bir kafirin ölməməsi mümkün deyil. Dəccalın yalançı olduğu ətrafa dalğa-dalğa yayılacaq. Dəccaliyyət məhv olacaq, sistemi yox ediləcək.”
“Dəccal ortalığa fitnə yayarkən Cənabı-Haqq Məsih Məryəm oğlu İsanı göndərər…. nəfəsini idrak edən hər kafir mütləq məhv olar. İsa Dəccal ilə Lüdd qapısında qarşılaşar və onu məhv edər.”
Dəccalın qarşılaşdığı bu vəziyyət Quranda da “Xeyr, Biz haqqı batilin üstünə atarıq, o da onun beynini darmadağın edər. Bir də baxarsan ki, o, yox olub getmişdir….” (Ənbiya surəsi, 18) ayəsi ilə bildirilir.
Bir başqa ayə isə “De ki: Haqq gəldi, batil yox oldu. Heç şübhəsiz batil yox olandır.” (İsra surəsi, 81) sözləri ilə haqqın həmişə batilə qarşı qalib gələcəyinin xəbər verilməsi də yenə Dəccalın bütün oyunlarının sonda mütləq pozulacağını göstərir.

