Salih yuxu üçün dua etmək

Yuxuda Allahın bir çox hikməti, bir çox məqsədi var

Yuxuda Allahın bir çox hikməti, bir çox məqsədi var. Bir məqsədi; tərbiyə etməkdir, çünki yuxuda insan çox çətin mühitlərə girər, çox qarışıq hadisələrlə qarşılaşar. Onun üçün dua etmək lazımdır, yəni yuxuda belə şüurunun açıq olması, yuxusunda da müsəlman kimi yaşamaq üçün Allaha dua etmək lazımdır. Məsələn, peyğəmbərlərin yuxuları çox açıq və aydındır, eynilə ibadətlərini edərlər və açıq şüurla yaşayarlar. Möminlərin də belə gücü ola bilər, bunu Allahdan istəmək lazımdır.

Həmçinin kainatın insanların beynində yaradılmış xəyal olduğunu Allah hər gün isbat edir, insanlara göstərir. Yəni biz həmişə görüntü ilə təmasda oluruq. Bir kameranın xarici aləmi çəkib, insanın onu televizorda seyr etməsi kimidir. Gözlər kamera hökmündədir, gözlər görməz onsuz da gözlər kordur, insanın hər iki gözü də kordur, göz heç bir şey görməz. Göz ancaq kamera vəzifəsini yerinə yetirər. Beyinə gələn elektriki, insanın ruhu görər, xəyalını görər və həqiqətən də var zənn edər. Allah belə mükəmməl yaratmışdır.

Yəni sərtlik hissi, qoxu hissi, külək hissi, hər cür qavrayış, xüsusilə görüntünün 3 ölçülü olmasından, səsin 3 ölçülü olmasına görə insan həqiqətən maddənin varlığı ilə birbaşa əlaqədə olduğunu zənn edir. Demək olar insanların 99,99%-i belə aldanırlar. Dünyada Allah belə mükəmməl sistem yaradıb.