Salih əməl nədir?

Allah Quran ayələrində saleh əməl edənlərin pis əməllərini örtəcəyini bildirir

Allah Quran ayələrində saleh əməl edənlərin pis əməllərini örtəcəyini bildirir. Bu ayələrdən bəziləri belədir:

…Kim Allaha iman gətirib yaxşı işlər görərsə, Allah onun günahlarının üstünü örtər və onu altından çaylar axan, əbədi qalacağı cənnətlərə daxil edər. Böyük uğur budur! (Təğabun surəsi, 9)

Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlər bundan istisnadır. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, mərhəmətlidir. (Furqan surəsi, 70)

Sadəcə Allahın razılığını qazanmaq üçün etdilən hər hərəkət və davranış saleh əməldir. Məsələn bir insanın din əxlaqını insanlara izah etməsi, təvəkkülsüz birinə taleyi xatırlatması, qeybət edənə mane olması, evini və bədənini təmiz tutması, elmini və mədəniyyətini artırması, gözəl söz söyləməsi, insanlara axirəti xatırlatması, xəstə olan birinə baxması, yaşlı birinə sevgi və şəfqət göstərməsi, xeyir üçün istifadə edəcəyi pulu qazanmaq üçün işləməsi, pis sözə yaxşılıq və səbirlə cavab verməsi kimi insanın hər rəftarı Allahın razılığı üçün edildiyində saleh əməl olur.

Axirətdə Allahın pis əməllərini örtərək yaxşıya çevirməsini istəyənlər, həmişə Allahın ən razı olacağı rəftarı seçməlidirlər. Allahı həqiqi mənada sevən insan, vicdanının əmr etdiyi hər şeyi dərhal və əskiksiz edər. İbadətlərində də çox diqqətli və davamlı olar.