Saleh əməllər edənlər

Rəhməti bəndələri üzərində sonsuz olan Rəbbimiz, bütün insanlara dünya həyatında lütf edən

Rəhməti bəndələri üzərində sonsuz olan Rəbbimiz, bütün insanlara dünya həyatında lütf edən, onları əsirgəyən və bağışlayandır. Bütün həyatını Allahın razı olacağı şəkildə keçirən, qorxub çəkinən, ayələri əksiksiz tətbiq edən və din əxlaqının yayılması üçün gecə gündüz səy göstərən saleh bəndələrinə həm dünyada, həm də axirətdə çox gözəl həyat müjdələyir. Mömin hələ dünyada ikən cənnət bənzəri nemətlərlə şərəfləndirilər.

Quran ayələrində saleh əməllər edən təqva sahibləri, çox fərqli gözəlliklərlə müjdələnirlər. Bu müjdələrdən biri dünya həyatında gözəl həyatdır:

Kişi və ya qadınlardan mömin olaraq kim yaxşı işlər görərsə, ona mütləq gözəl bir həyat yaşadacağıq və əlbəttə, onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq. (Nəhl surəsi, 97)

Təqva sahiblərinə: “Rəbbiniz nəyi nazil etdi?” – deyildikdə onlar: “Xeyir (nazil etmişdir)”, – deyərlər. Bu dünyada yaxşılıq edənlər üçün yaxşı mükafat vardır. Axirət yurdu isə, əlbəttə, daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir! (Nəhl surəsi, 30)

Həqiqətən, İbrahim Allaha itaət edən və haqqa yönələn bir öndər idi. O, müşriklərdən də deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi. Biz ona dünyada gözəl nemətlər bəxş etdik. Şübhəsiz, o, axirətdə də salehlərdəndir. (Nəhl surəsi, 122)

Ayələrdə bildirilən bu müjdənin, başda peyğəmbərlər olmaq üzrə saleh möminlər üzərində reallaşdığını bir çox Quran ayəsindən öyrənirik. Məsələn, Peyğəmbərimizi dünya həyatında Allahın zəngin etdiyi, “Səni yoxsul ikən zəngin etmədimi?!” (Duha surəsi, 8) ayəsində bildirilir. Həmçinin Hz. Davuda, Hz. Süleymana, Hz. Zülqərneynə, Hz. İbrahim və ailəsinə bu dünyada böyük mülk və imkan verildiyindən də bir çox ayədə bəhs edilir.

Həm bir mükafat və şövq qaynağı, həm də Rəbbimizin lütf və ehsanının göstəricisi olaraq saleh bəndələrinə dünyada nemət və gözəllik verməsi Allahın müjdəsidir. Necə inkarçıların əbədi əzabı bu dünyadan başlayırsa, saleh möminlər üçün vəd edilən əbədi gözəlliklər də dünyadakı həyatında göstərilməyə başlanır.

Allahın saleh müsəlmanlar üzərindəki bir başqa neməti isə onların etdikləri pislikləri yaxşılıqlara çevirməsidir. Daha əvvəl də vurğuladığımız kimi, insan asanlıqla səhv edə bilən varlıqdır. Yanıla bilər, bilmədən günaha girə bilər, pis əməl edə bilər, ağzından pis söz çıxa bilər. Ancaq əhəmiyyətli olan bu səhvlərdən sonra tövbə etməsi və davranışını düzəltməsidir. Rəbbimiz belə saleh əxlaqa sahib bəndələrinə Quran ayəsində bu müjdəni verir:

Etdikləri yaxşı əməllərini qəbul edəcəyimiz və günahlarını bağışlayacağımız bu kimsələr cənnət əhli arasında olacaqlar. Bu, onlara verilmiş haqq bir vəddir. (Əhqaf surəsi, 16)

Ayədə bildirilən bu müjdə Rəbbimizin bəndələri üzərindəki sonsuz lütfünün təcəllisidir. Rəhman və Rəhim olan Allahın ayələrdə xəbər verdiyi bir başqa lütf isə pisliklərin yaxşılıqlara çevrilməsidir. Ayələrdə bu şəkildə bildirilir:

Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlər bundan istisnadır. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, mərhəmətlidir. Kim tövbə edib saleh əməl işləyərsə, o, tövbəsi qəbul edilmiş halda Allaha dönər. (Furqan surəsi, 70-71)

Allah iman gətirən, yaxşı əməllər edən və Rəbbindən Məhəmmədə haqq olaraq nazil olana (Qurana) inananların günahlarının üstünü örtəcək və onların vəziyyətini yaxşılaşdıracaqdır. (Məhəmməd surəsi, 2)

Bir mömin, özünü yaradan Allaha iman edər, Onun əmr və qadağanlarına uyar, Rəbbimizin insanlar üçün seçib bəyəndiyi din əxlaqını hər an yaşayar və ən əhəmiyyətlisi, ölümündən sonrası üçün çox ümidvar olar. Bütün bunlara görə iman edənlər, dünyadakı həyatı boyu hər cür mənəvi çətinlik və kədərdən uzaqdırlar.

Möminlər taleyə və hər şeyi edənin Allah olduğuna qəti olaraq inanarlar və beləcə başlarına gələnlərə “… Allahın bizim üçün təqdir etdiyindən başqası bizə üz verməz…” (Tövbə surəsi, 51) ayəsinin hökmü gərəyi təvəkkül edərlər. Allahın razılığına uyarlar və Allahın Quranda bildirdiyi kimi, “… Allah bizə yetər. O nə gözəl vəkildir! …” (Ali İmran surəsi, 173) deyərlər.

Ancaq dünya təhsil yeri olduğuna görə əlbəttə möminin qarşısına müxtəlif çətinliklər çıxa bilər. İman edən bir kimsə müəyyən dövrlərdə aclıq, xəstəlik, yuxusuzluq, qəza, maddi itki kimi müxtəlif çətinliklərlə qarşılaşa bilər. Daha bir çox çətinlik və sınaqdan da keçirilə bilər. Mömin çətinliklərin imanının sınanması üçün xüsusi olaraq yaradıldığını, gözəl səbir və təvəkkül göstərdiyi təqdirdə bunların axirəti üçün sonsuz mükafat qaynağı, yetkinləşməsi üçün böyük fürsət olduğunu bilər.

Buna görə də, bu çətinliklər qarşısında təvəkkül edər, hüzurundan, xoşbəxtliyindən və sevincindən heç bir şey itirməz. Bu çətinliklər onun mənəvi tarazlığına və dayanıqlılığına heç vaxt mənfi təsir etməz. Hətta səbrinin və təvəkkülünün qarşılığını Allah qatında alacağını bildiyinə görə şövqü və həyəcanı daha da artar.

Bu vəziyyət inkar edənlər üçün tam əksi istiqamətdədir. Allahın ayələrini inkar edən bir adam, dünya həyatında çəkdiyi müxtəlif fiziki əzabı ilə birlikdə, mənəvi olaraq da əzab çəkər. Qorxu, kədər, ümidsizlik, narahatlıq, pessimizm kimi mənfi duyğular onların cəhənnəmdə çəkəcəkləri əzabın bu dünyadakı kiçik başlanğıcını meydana gətirir. Allah, Haqq yoldan azan bu insanları bir ayədə belə təsvir edir:

Allah kimi doğru yola yönəltmək istəyərsə, onun qəlbini İslama açar, kimi (haqq yoldan) azdırmaq istəyərsə, göyə çıxırmış kimi onun qəlbini daraldar. Allah iman gətirməyənləri bu şəkildə əzaba məruz qoyar. (Ənam surəsi, 125)

Allah, Özündən titrəyərək qorxan, səhvlərinə və günahlarına görə bağışlanma diləyib tövbə edən saleh möminləri isə, dünya həyatında da ən gözəl şəkildə nemətləndirəcəyini və onlara lütf edəcəyini bildirib. Hud surəsinin 3-cü ayəsində belə bildirilir:

Həmçinin Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz! Sonra Ona tövbə edin ki, O, (dünyada) müəyyən bir vaxta qədər sizə gözəl nemətlər versin və hər bir yaxşı əməl sahibini mükafatlandırsın. Əgər üz döndərsəniz, (bilin ki,) mən sizin üçün böyük günün əzabından qorxuram. (Hud surəsi, 3)

Saleh əməllər edən möminlər bu etdiklərini Allahın razılığına, rəhmətinə və cənnətinə vəsilə olması niyyəti ilə edərlər. Tək istədikləri Allahın məmnun olacağı kimi bir bəndə olmaqdır. Heç bir insanın razılığını, məmnuniyyətini istəməzlər. Dünya həyatında məqam, mövqe arxasınca qaçmaz, etibar qazanmağın heç bir əhəmiyyətinin olmadığını çox yaxşı bilərlər.

Etdiklərini Allah qorxusu ilə və Allah sevgisi ilə edər, Allahın insanın tək dostu və tək vəlisi olduğunu ağlından çıxarmazlar. Rəbbimiz, Quran ayələrində saleh bəndələrinın etdiklərini “üstün, böyük və əksiksiz olaraq mükafatlandıracağını, bunu nöqsansız olaraq ödəyəcəyini, onlara mükafatı iki dəfə verəcəyini” bildirir:

Onlara (Quran) oxunduğu zaman: “Biz ona iman gətirdik. Həqiqətən, o, Rəbbimizdən gələn həqiqətdir. Bundan əvvəl də biz (Allaha) təslim olanlar idik”, – deyərlər. Onlara səbirli olmaları, pisliyi yaxşılıqla dəf etmələri və verdiyimiz ruzidən infaq etmələri səbəbilə mükafatları iki dəfə veriləcəkdir. (Qəsas surəsi, 53-54)

Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün bitməz-tükənməz bir mükafat vardır. (Fussilət surəsi, 8)

Əgər Allahı, Rəsulunu və axirət yurdunu istəyirsinizsə, bilin ki, Allah sizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır. (Əhzab surəsi, 29)

Həqiqətən, Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar infaq edənlər əsla zərər etməyən bir qazanc uma bilərlər. Allah onlara mükafatlarını tam verər, hətta Öz lütfündən onlara bundan artığını da verər. Şübhəsiz ki, O, bağışlayandır, şükrün mükafatını verəndir. (Fatir surəsi, 29-30)

Sizdən hər kim Allaha və Rəsuluna itaət edər və yaxşı işlər görərsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün (cənnətdə) bol ruzi hazırlamışıq. (Əhzab surəsi, 31)

Kim (Allahın hüzuruna) yaxşı bir əməllə gələrsə, onun üçün on qat (mükafat) vardır. Kim pis bir əməllə gələrsə, ona ancaq o əməlin eynisi qədər cəza verilər. Onlara heç bir haqsızlıq edilməz. (Ənam surəsi, 160)

Şübhəsiz, müsəlman, mömin, itaətkar, doğru sözlü, səbirli, təvazökar, sədəqə verən, oruc tutan, ayıb yerlərini (iffətlərini zinadan) qoruyan, Allahı çox zikr edən kişi və qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır. (Əhzab surəsi, 35)

Yuxarıdakı ayələrdə də görüldüyü kimi Allah, razılığı üçün səy göstərən, gözəl əməllər edən, din əxlaqının yayılması üçün çalışan bəndələrinın bu səmimi səylərinə üstün qarşılıq vəd edib. Bu qarşılığın ən böyüyü heç şübhəsiz Allahın razılığıdır. Dünya həyatındakı tək məqsədi Allahın razılığı, rəhməti və cənnəti olan iman sahiblərinə həmçinin Allahdan bağışlanma və üstün mükafat da vəd edilib. Ayələrdə xəbər verilən bir başqa qarşılıq isə Rəbbimizin bu saleh bəndələrinə cənnətinə daxil etməsidir:

İman gətirib yaxşı işlər görənləri isə Rəbbi Öz rəhmətinə (cənnətinə) daxil edəcəkdir. Bu, açıq-aydın uğurdur. (Casiyə surəsi, 30)