And olsun göylərdə və yerdə səf-səf duranlara, imansızları qətiyyətlə qovanlara və Zikri oxuyanlara! Həqiqətən, sizin məbudunuz Təkdir! O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir. Biz dünya səmasını parlaq ulduzlarla bəzədik və onu hər bir asi şeytandan mühafizə etdik. Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar və oradan qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir. Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər. (Saffat surəsi, 1-10)
Saffat Surəsi, 1-10-cu Ayələr
