Cahil cəmiyyətindəki insanların sədaqət anlayışını formalaşdıran əsas ünsür mənfəətdir. Bu yanlış düşüncəni mənimsəyən insanlar mənfəətləri üçün kimə və ya nəyə sədaqət göstərilməlidirlərsə, bunu sevərək yerinə yetirərlər. Halbuki bu, tamamilə saxta və səmimiyyətsiz sədaqət növüdür. Sədaqətlərinin dərəcəsi əldə edəcəkləri mənfəətin dəyərindən və ölçüsündən asılıdır. Əgər mənfəətlərinə çatmağın tək yolu sədaqətli və itaətli davranmaqdırsa, bunu çətinlik çəkmədən zövqlə yerinə yetirərlər.
Bununla yanaşı, insanlar arasında yaranan anlaşılmazlıq və münaqişələrin böyük hissəsi isə onların bir-birlərinə verdikləri sözlərini tutmamalarından irəli gəlir. Bunun əsas səbəbi, bu insanların mənfəətpərəst olmalarıdır. İman gətirməyən insan hər zaman mənfəət əldə etmək istədiyi üçün qarşısındakı insandan da istifadə etməyə və əsil niyyətini gizlətməyə çalışır. Bunun ən gözəl yolunu isə qarşısındakı insanın etibarını qazanmaqda görür. Beləliklə, qarşısındakının etibarını qazanaraq həm o insanın özü haqqında müsbət düşünməsini təmin edəcək, həm də ona hiss etdirmədən rahatlıqla məqsədinə çata biləcəyi bir mühit yaradacaq. Məhz bu yanlış düşüncədə olan insanlar bəhsi keçən “etibarlı mühiti” təmin etmək və mənfəət əldə etmək üçün həmişə yalandan and içir və tutmayacaqları vədlər verirlər. Quranda bildirilən şeytanın hz. Adəmi aldatmaq üçün and içməsi də pis niyyətli insanların etibar qazanmaq və insanları aldatmaq üçün bu yola baş vurduqlarını göstərən nümunədir.

