Sad Surəsi, 71-81-ci Ayələr

Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!” Mələklərin hamısı birlikdə səcdə etdi, yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu. Allah dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, yoxsa özünü yüksək tutdun?” İblis dedi: “Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” Allah dedi: “Çıx oradan! Sən artıq rəhmətimdən qovulmuşsan! Haqq-hesab gününə qədər lənətim sənin üzərində olacaqdır!” İblis dedi: “Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver”. Allah dedi: “Sən möhlət verilənlərdənsən – vaxtı məlum olan günə qədər!” (Sad surəsi, 71-81)