Sad Surəsi, 49-54-cü Ayələr

Bu, bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir – qapıları onlar üçün açılmış Ədn bağları. Onlar orada taxtlara dirsəklənib çoxlu-çoxlu meyvələr və cənnətə məxsus içkilər istəyəcəklər. Onların yanında gözlərini ərindən çəkməyən həmyaşıdları olacaqdır. Hesablaşma günü üçün sizə vəd olunanlar bunlardır. Bəli, bu Bizim verdiyimiz nemətdir. O, tükənməzdir. (Sad surəsi, 49-54)