Bir çox insanlar elə hesab edir ki, hər hansı bir elmi dərəcəyə layiq görülmüş alimin dediyi hər şey ən son mərhələdə olan həqiqətdir. Biz adətən fikirləşmirik ki, hər bir alimin adi insanda olduğu kimi öz mənfi rəyi və ideologiyası var. Belə ki, təkamül nəzəriyyəsinin tərəfdarı olan alimlər öz iddialarını guya elmi açıqlamalarla əsaslandırır, əslində isə onlar yalnız öz şəxsi baxışlarını və subyektiv rəylərini kütlənin şüuruna yeridirlər. Onlar təsadüfün nizamsızlıq və qarışıqlıqdan başqa heç bir nəticəyə gətirməyəcəyini çox gözəl anladıqları halda bütün kainatda mövcud olan bütün canlılara və qeyri-canlılara aid olan mükəmməl harmoniya, dizayn və planlı həyatın təsadüf nəticəsində əmələ gəldiyini yenə də iddia edirlər.
Bu bioloqların hər biri mikroskopa baxıb qarşısındakı orqanizmin bir tikinti materialı olan zülal molekulunun quruluşunun təkrarolunmaz mükəmməlliyini görməli, belə bir mükəmməlliyin öz-özünə əmələ gələ bilməyəcəyini bilməlidir. Amma bütün bu faktlara baxmayaraq bu alimlər inadla israr edirlər ki, ilk canlı hüceyrə milyardlarla illər bundan əvvəl primitiv dünya şərtləri çərçivəsində hadisələrin təsadüfi çulğaşması nəticəsində əmələ gəlmişdir. Bundan başqa, onlar bu mənasız iddia ilə kifayətlənməyərək bir qədər də irəli gedərək bildirirlər ki, bir deyil, milyonlarla zülal molekulu öz-özünə əmələ gəlmiş, sonra isə ağlasığmaz və müəmmalı bir şəkildə bir yerə toplaşaraq ilk canlı hüceyrəni əmələ gətirmişlər. Sözügedən insanlar “təkamülçü alimlərdir”.
Onda bunu necə anlamaq olar ki, elə həmin bu alim boş bir sahədə üst-üstə qoyulmuş üç kərpic gördüyü zaman heç vaxt düşünməz ki, bu kərpiclər özü-özünə əmələ gəlmiş və düzülmüşlər. Bunun belə olduğunu iddia edəni isə dəli kimi qəbul edərlər.
Belə çıxır ki, ətrafındakılara məntiqli qiymət verə bilən insanlar həyatın yaranması barədəki mövzu və təcrübələrə məntiqsiz qiymət verirlər?

