Kədərlənmək Rəbbimizin bəyənmədiyi və çəkindirdiyi xüsusiyyətdir. Mömin hər şeydən əvvəl Allahın bu hökmünə uyğun olaraq nəfsinin belə istəyinə qarşı çıxır.
Allah qorxusu və imanın sevinci möminin daima rahat və xoşbəxt olmasına səbəb olur. Allah Quranda müsəlmanların bu əxlaqa uyğun olaraq yaşadığı təqdirdə mütləq üstün gələcəklərini belə vəd verir:
Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız. (Ali-İmran surəsi, 139)
Dünya həyatında başımıza gələnlər sadəcə Allahın bizim üçün yaratdığı imtahanın bir hissəsidir və Allahın razılığına ən uyğun şəkildə davranmaqla məsuluq. Bu imtahanda yaradılan görüntülər tamamilə itəcək, bunlara qarşı göstərilən əxlaq, Allahın rizası üçün edilən saleh əməllər isə qalacaq. İnsan bu həqiqəti indi qavrayıb-qavramasa da, axirət həyatının başlaması ilə dünyadakı hər şeyin müvəqqəti olduğunu, əsl həqiqətin isə Rəbbimiz və Onun yaratdığı axirət olduğunu anlayacaq.

