Orada onlar üçün istədikləri hər şey var. Yanımızda isə daha çoxu var. (Qaf surəsi, 35)
İnsanın zövq aldığı və istədiyi hər şey və daha artığı vardır.(Qaf surəsi, 35; Zuxruf surəsi, 71; Ənbiya surəsi, 102)
Böyük bir mülk vardır. (İnsan surəsi, 20)
Hər yanı nemətlərlə doldurulmuşdur. (Saffat surəsi, 43; İnsan surəsi, 20)
Ölüm yoxdur. (Duxan surəsi, 56)
Əbədi yurddur. (Bəqərə surəsi, 25)
Yorğunluq və ya sıxıntı duyulmaz. (Fatir surəsi, 35)
Sonsuz xoşbəxtlik vardır. (Yasin surəsi, 55)
Tam bir rahatlıq vardır. (Vaqiə surəsi, 89)
Olduqca genişdir. (Hədid surəsi, 21)
Xoş bir həyat vardır. (Haqqə surəsi , 21)
Hüzn və qorxu yoxdur. (Bəqərə surəsi, 62; Ali İmran surəsi, 170; Fatir surəsi, 34; Əraf surəsi, 35)
Geniş ehtiram görülər. (Saffat surəsi, 42)
Qüsursuz bir şəkildə yeni bir yaradılışla yaradılmış, tərtəmiz, hamar bədənli, iri gözlü və baxışları yalnız həyat yoldaşlarına çevirmiş xanımlar vardır. (Bəqərə surəsi, 25; Saffat surəsi, 49; Zuxruf surəsi, 70; Saffat surəsi, 48; Duxan surəsi, 54; Vaqiə surəsi, 22-23, 36-37; Rəhman surəsi, 56, 58, 70, 72; Nəbə surəsi, 33; Vaqiə surəsi, 35)
Yüksək köşklər və gözəl məskənlər vardır. (Furqan surəsi, 10, 75; Ənkəbut surəsi, 58; Saff surəsi, 12)
Narahat edici isti və ya soyuq yoxdur. Daima kölgəlikləri vardır. (İnsan surəsi, 13; Rad surəsi, 35; Mursəlat surəsi, 41; Nisa surəsi, 57)
İçindən çaylar axar. (Bəqərə surəsi, 25)
Süddən və baldan bulaqlar vardır. (Məhəmməd surəsi, 15)
Yüksəklərdə qurulmuş döşək, ləl-cəvahiratlarla işlənmiş taxtlar vardır. (Vaqiə surəsi, 15, 34; Ğaşiyə surəsi, 13; Saffat surəsi, 44)
Sıra-sıra yastıqlar, sərilmiş döşəkcələr, parlaq gözəllikdə döşəklər vardır. (Ğaşiyə surəsi, 15-16; Rəhman surəsi, 76, Vaqiə surəsi, 30)
Bitib tükənməyən, hesabsız ruzi vardır. (Sad surəsi, 54; Mömin surəsi, 40)
İçindəki nemətlər azalmaz. (İnsan surəsi, 13; Vaqiə surəsi, 33)
Rahatlıqla əldə edilən növbənöv meyvələr vardır. (Vaqiə surəsi, 28, 29, 32; Nəbə surəsi, 32; Haqqə surəsi, 23; Rəhman surəsi, 68; İnsan surəsi, 14)
I Tərtəmiz su qaynaqları vardır. (Mutaffifin surəsi, 28; Ğaşiyə surəsi, 12; Rəhman surəsi, 50; İnsan surəsi, 6,18)
Növbənöv incəliklər və gözəlliklər vardır. (Rəhman surəsi, 48)
Atlasdan olan ağır işləməli yastıqlar vardır. (Rəhman surəsi, 54)
Xidmət edən, tərtəmiz mələklər (huri və qılmanlar) vardır. (Tur surəsi, 24; İnsan surəsi, 19)
İçənlərə sərxoşluq verməyən dümağ, qatqısız bir şərab var. (Mutaffifin surəsi, 25, 26; İnsan surəsi, 5; Saffat surəsi, 46-47; Vaqiə surəsi, 19; Tur surəsi, 23)
İpəkdən və ağır işlənmiş atlasdan olan paltarlar, qızıl, gümüş və mirvaridən bəzək əşyaları vardır. (İnsan surəsi, 21; Həcc surəsi, 23)
Yemək və içkilər qızıl və gümüşdən sinilər və səhənglərdə təqdim edilir. (Zuxruf surəsi, 71; İnsan surəsi, 15-16)
İçindəki yeməklərin dadların dünyadakılara bənzəyir. (Bəqərə surəsi, 25)

