Risalə-i Nurun batini təfsirə ehtiyacı varmı?

Bədiüzzaman sözlərinə gizli mənalar yükləməmiş; düzgün izah ilə demək istədiklərini səmimi olaraq ifadə etmişdir. Quranın təfsiri olduğunu ifadə etdiyi Risalə-i Nuru ayrıca təfsir etməyə ehtiyac yoxdur.

Bədiüzzaman bu mövzunu belə açıqlamışdır:

“Risalə-i Nurun hər kitabı bir Səiddir. Siz hansı kitaba baxsanız mənimlə qarşı-qarşıya görüşməkdən on dəfə çox faydalanar, həm də mənimlə görüşmüş olarsınız. Risalə-i Nur olduğu üçün mənə heç ehtiyac qalmır.” (Emirdağ Lahikası, səh. 159)

Deməli, risalələr Bədiüzzamanın bütün mövzulardakı qənaətlərini ən açıq və doğru şəkildə əks etdirir. Axırzaman hz. İsanın və hz. Mehdinin gəlişi və İslam əxlaqının hakimiyyəti mövzularında da risalələrdəki açıqlamalar, Bədiüzzamanın sözlərinin aydın ola bilməsi üçün tamamilə kifayətdir.

Ancaq buna baxmayaraq, bəzi kütlələrdə Bədiüzzamanın açıq izahatının ardında bir də batini mənalar olduğu; buna görə də Risalə-i Nur Külliyyatının başa düşülməsi üçün Bədiüzzamanın sözlərinin “batini təfsir” ilə təfsir edilməli olduğu şəklində yanlış düşüncə vardır. Risalələrdə şifrəli və kompleks izahat olduğu, sadəcə oxumaqla aydın ola bilməyəcəyi və bu şifrələri də ancaq müəyyən qabiliyyətlərə sahib xüsusi şəxslərin başa düşə biləcəkləri düşünülür.

Halbuki, Bədiüzzamanın açıq-aşkar və hikmətli sözlərindən ibarət Risalələrdə izah edilənlər oxuyanlar tərəfindən asanlıqla aydın olur. Bədiüzzamanın yığcam şəkildə qələmə aldığı açıq-aşkar sözlərinin bir daha təfsir edilməli olduğu düşüncəsi səhvdir. Bədiüzzaman “avamdan havassa, ya da orta məktəb şagirdindən bir filosofa qədər oxuyan hər kəsin asanlıqla anlaya biləcəyi” (Kastamonu Lahikası, səh. 70), (Şüalar, səh. 549) sözləri ilə, risalələrin belə batini təfsir ilə şərh olunmasına ehtiyac olmadığını açıqlayır.