Risalə-i Nuru təfsir etmək olarmı?

Risalə-i Nurların geniş kütlələr üzərindəki səmimi təsiri çox açıqdır. Buna baxmayaraq, Bədiüzzamanın açıq-aşkar sözlərini bir daha təfsir etmək və şərh etmək kimi cəhdlər, Bədiüzzamanın sözlərinin əslindən uzaqlaşmasına və səhv nəticələr əldə edilməsinə gətirib çıxaracaq. Buna görə risalələrin “batini təfsir” adı altında ikinci dəfə təfsir edilməsi təhlükəli yanaşmadır.

Bədiüzzamanın şəxsən özü əsərlərində dəfələrlə bu mövzunun əhəmiyyətini ifadə etmiş; belə anlayışa qarşı olduğunu bəyan etmişdir. Əgər risalələrdəki mətnlərin təfsirə ehtiyacı varsa, bunu yenə bu mətnlər üzərində ediləcək əlavə şərhlərlə izah etmənin uyğun olacağını ifadə etmişdir. Bu sözlərindən birində Bədiüzzaman, “belə təfsir anlayışı olsa, bundan necə sui-istifadə ediləcəyini və bu yolla risalələrdə izah edilən həqiqətlərin necə əslindən uzaqlaşdırılıb dəyişdiriləcəyini” belə xatırlatmışdır:

“Nurun mətni, izaha ehtiyacı olsa, ya sətirin üstündə, ya kənarda haşiyəciklər (şərhlər) yazılsa daha münasibdir (uyğundur). Çünki mətn içinə girsə, çoxaldılan nüsxələr ayrı-ayrı olar, təshih (düzəltmə) lazım ola bilər. Həm su-i istifadəyə qapı açılar, muarızlar (qarşı çıxanlar) istifadə edərlər. Həm hər kəs sənin kimi muhakkik (həqiqəti araşdırıb tapan) müdakkik (ətraflı tədqiq edən, ən kiçik gizli şeyləri belə görməyə çalışan) olmaz, yanlış izah verər, bir söz əlavə edər, əhəmiyyətli həqiqəti itirməyə səbəb olar. Mən tashihatımda (düzəltmələrimdə) belə zərərli əlavələri çox gördüm…” (Emirdağ Lahikası Elyazma, səh. 661)

Bədiüzzamanın bu açıqlamaları ilə Axırzaman mövzusunda etdiyi izahlar üçün də keçərlidir. Bədiüzzaman hz. İsanın Axırzamanda ikinci dəfə yer üzünə gələcəyini, hz. Mehdinin isə bütün müsəlmanlara bir hidayət öndəri olaraq ortaya çıxacağını bildirmişdir. Bədiüzzamanın bu mövzulardakı bütün izahları çox açıqdır. Əgər Bədiüzzaman hz. Mehdinin vəzifəyə başlayacağı tarix üçün hədislərə əsaslanaraq hicri 1400 deyirsə, bunu başqa cür şərh etmək məntiqsiz olar. Bədiüzzaman hz. Mehdinin üç böyük vəzifəni bir yerdə yerinə yetirəcəyini; həm siyasət, həm diyanət, həm də səltənət sahəsində Mehdilik edəcəyini də açıq şəkildə ifadə etmişdir. Buna baxmayaraq, Mehdiliyi üç hissəyə bölmək, birinin mehdilik üçün yetərli olacağını söyləyərək səhv şərh etmək olmaz. Bu mövzular kimi seyidlik mövzusunda da, Bədiüzzaman seyid olmadığını və bu mövzuda seyid ikən olmadığını söyləmənin dini cəhətdən uyğun olmadığını açıq və dəqiq olaraq izah etmişkən, mənanı fərqliləşdirəcək şəkildə şərh və təfsir etmək də doğru deyil. Eyni şəkildə Bədiüzzaman hz. İsanın, hz. Mehdinin arxasında namaz qılacağını hədis verərək açıqlamışkən, “əslində elə demək istəmədi” deyərək bu məlumatları fərqli istiqamətdə təfsir etmək də doğru deyil. Çünki həm Peyğəmbərimiz (s.ə.v)-in sözü, həm də Bədiüzzamanın bu hədis istiqamətindəki şərhləri varkən, bunun əksini söyləmək yanlış olar. Bunun kimi Bədiüzzaman hz. İsa və hz. Mehdinin birlikdə edəcəkləri fəaliyyətləri və bütün dünyaya Quran əxlaqını hakim edəcəklərini açıqlamış və bu mövzuda hədislər istiqamətində tarixlər də vermişkən, hz. İsa və hz. Mehdinin gəlməyəcəklərini, yalnız şəxsi-mənəvidən ibarət olacaqlarını qarşıya qoymaq da böyük yanılma olar. Bədiüzzamanın açıqlamalarına görə hz. İsa və hz. Mehdi şəxsi-mənəvi olaraq deyil, şəxs olaraq gələcəklərdir. Əlbəttə, onların təmsil etdikləri şəxsi- mənəviləri də olacaq, ancaq şəxsi-mənəvilərinin başında özləri də şəxsən lider olacaqlar. Bütün dünya hz. Mehdinin liderliyi altında toplanacaq, Quran əxlaqının yaşanması ilə anarxiya və qarışıqlıq mühiti sona çatacaq və yer üzünə hüzur və sülh hakim olacaq.

Buna görə də Bədiüzzamanın bütün sözlərinin, bu istiqamətdə, risalələrdəki açıq izahları əsas alınaraq qiymətləndirilməlidir. Bundan başqa “filankəsin yuxusu, filankəsin şəxsi söhbətlərdə eşitdikləri, filan şəxs haqqında edilən xüsusi şərhlər” kimi izahlarla, Bədiüzzamanın yazılarını şəxsən təshih və təsdiq etdiyi əsərləri dəyişdirməyə çalışmaq isə etibarsız, pis hərəkətlərdir.

Bu vəziyyət Bədiüzzamanın Risalələrdə izah etdiyi hər mövzu üçün keçərlidir. Belə bir təfsir məntiqinin Risalə-i Nurlar üzərində necə təsir meydana gətirəcəyi də yaxşı düşünülməlidir. Çünki belə yanlış məntiq ilə istəyən hər kəs Bədiüzzamanın hər sözünə fərqli izah gətirə bilər və bu şəkildə Bədiüzzamanın heç bir izahını qəbul etməyə bilər. İstəyən şəxs, özünə görə uyğun hesab etmədiyi hər izahı, şəxsi qənaətlərinə, ya da ətrafından duyduqlarına görə təfsir etmə yoluna gedə bilər.

Belə cəhdə maneə törədilməsi isə Axırzamanın böyük mücəddidi Bədiüzzamanın böyük səmimiyyətlə qələmə aldığı əsərlərinə sahib çıxmaqla, onun əslində söyləmək istədiklərini tam anlayıb onu dəstəkləməklə mümkün olacaq.