Risalə-i Nuru kim daha yaxşı başa düşəcək?

“…Ta Axırzamanda, həyatın geniş dairəsində əsl sahibləri, yəni Mehdi və şagirləri Allahın icazəsi ilə gəlib, o dairəni genişləndirər və o toxumlar sünbüllənər. Biz də qəbrimizdə seyr edib Allaha şükür edərik.” (Sikke-i Tasdik-i Gaybi, səh.172)

Bədiüzzaman bu sözlərində Risalə-i Nurun əsl sahiblərinin hz. Mehdi və şagirdləri olduğunu söyləyir. Buna görə də Bədiüzzamanın bu açıqlamalarına görə, “Risalə-i Nuru ən yaxşı anlayacaq və izah edəcək şəxs hz. Mehdi olacaq”.

Risalə-i Nuru ən yaxşı anlayacaq şəxsin hz. Mehdi olacağı Bədiüzzamanın risalələrdəki digər sözlərindən də açıq şəkildə aydın olur. Bu sözlərindən birində Bədiüzzaman hz. Mehdinin bu xüsusiyyətini belə açıqlanır:

“Axırzamanın ən böyük fəsadı zamanında, əlbəttə ƏN BÖYÜK MÜCTƏHİD (ehtiyac olanda ayələrdən hökm çıxaran böyük İslam alimi), həm ƏN BÖYÜK MÜCƏDDİD (hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üçün göndərilən böyük İslam alimi, yeniləyən, yeniləyici), həm HAKİM, həm MEHDİ, həm MÜRŞİD (doğru yolu göstərən şəxs), həm QÜTB-İ ƏZƏM (müsəlmanların bağlandıqları böyük övliyalardan, zamanın ən böyük mürşidi) olaraq bir şəxsi-nuranini (nurlu şəxsi) göndərəcək və o şəxs də, Əhli Beyti Nəbəvidən (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) olacaq.” (Məktubat, səh. 411- 412)

Bədiüzzaman hz. Mehdinin “ən böyük müctəhid” (ehtiyac olanda ayələrdən hökm çıxaran böyük İslam alimi) və “ən böyük mücəddid” (hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə öyrətmək üçün göndərilən böyük İslam alimi) sifətlərini daşıyacağını bildirmişdir. “Mücəddid” dini həqiqətləri dövrün ehtiyaclarına görə açıqlayan, “müctəhid” də ehtiyac olanda ayələrdən hökm çıxaran böyük İslam alimi və öndəridir. Bu xüsusiyyətdəki böyük şəxslər, İslam cəmiyyətlərinə nümunə olmuş, yol göstərmiş, zamanın qütbü olmuş öndərlərdir. Bu öndərlərdən bəzisi ictihad etmə (hökmləri üsuluna uyğun olaraq Quran və hədislərdən istifadə ilə ortaya qoyma) və hökm vermə xüsusiyyətlərinə görə “məzhəb öndərləri” olublar; Müsəlmanlar da onlara tabe olublar. İmam Hənəfi, İmam Şafi, İmam Hənbəli, İmam Maliki bu öndərlərdən olub 4 məzhəbin qurucularıdır. Bütün əhli sünnə onların verdiyi hökmlərlə əməl edir. Bədiüzzaman bu “müctəhid və mücəddidlərin ən böyüklərinin isə hz. Mehdi olacağını” ifadə etmişdir. Bu da “Hz. Mehdinin ictihad etməyə (hökmləri üsuluna uyğun olaraq Quran və hədislərdən istifadə ilə ortaya qoyma) və hökm verməyə, dini həqiqətləri şərh etmək üçün ən səlahiyyətli şəxs olaraq Risalə-i Nuru da ən yaxşı anlayacaq və açıqlayacaq şəxs olacağını” irəli sürür.