İman edənlər üçün tək yol göstərici Allahın elçiləri və Allahın sözü olan Qurandır. Quranda inananların: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbmi istərəm?” (Ənam surəsi, 164) –dedikləri bildirilir.
İnkar edənlər isə özlərinə Allahdan başqa səhv yol göstəricilər tapıb, fərqli şəxsləri nümunə götürüb və batil fikirləri izləyib çox yanlış düşüncə içində yaşayırlar. Lakin ölümdən sonra sonsuz cəhənnəm əzabını gördüklərində bu böyük xətalarını ayədə xəbər verildiyi kimi: “…Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar…” (Əhzab surəsi, 67) –deyərək etiraf edəcək və peşman olduqlarını bildirəcəklər.
Allahı tək hökm verici olaraq qəbul etməyən, Allahın hökmlərinə qarşı çıxan və ya Onun əmrlərindən kənar hökm çıxaran insanlar yoldan azmış olurlar. Bu insanlar böyük cəhalətlə cəmiyyətdə geniş yayılmış qayda və qanunları Allahın hökmlərindən üstün tuturlar. Üstəlik, bu mövzuda çox inadcıl olurlar. Doğru olanı vicdanları qəbul etsə də, kibirli və xurafatçı olduqlarına görə, ən gözəl və ən doğru olan hökmü qəbul etmirlər. Allah Quranda bu insanlar haqqında belə buyurur:
Onlara: “Allahın göndərdiyinə tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Bəqərə surəsi, 170)

