Reinkarnasiya və karma inancı

Karma və reinkarnasiyanın nə olduğu haqqında insanlar ümumiyyətlə səhv bilirlər

Karma və reinkarnasiyanın nə olduğu haqqında insanlar ümumiyyətlə səhv bilirlər. Bəzi insanlar isə bu batil inancın Allahın elçiləri vasitəsilə insanlara göndərdiyi İlahi dinlərlə uyğunlaşma təmin edə biləcəyi kimi çox böyük səhvə düşürlər. Halbuki reinkarnasiya İslam dinində olmayan batil inanışdır. Müsəlmanın hər mövzuda olduğu kimi karma inancına dünyagörüşü də Quran ayələrində təsvir edilən şəkildədir. Reinkarnasiyanı və karmanı təbiət qanunu kimi göstərməyə çalışanlar Quran ayələrində açıq şəkildə təkzib edilir.

Allah Quranda ölümün və dirilişin bir dəfə olduğunu bizlərə bildirir. İnsan Allahın can verməsiylə həyata gəlir, yalnız tək bir həyat yaşayar və Allah Qatında təyin olunmuş olan əcəl vaxtı gəldiyində ölər. Ölümdən sonra yeni bir dünya həyatı deyil, axirət həyatı başlar. Bütün insanlar ölümlərinin ardından hesaba çəkilər, sonsuz həyatını yaşamaq üzrə ya cənnətə, ya da cəhənnəmə göndərilərlər. Rəbbimiz “…Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır”. (Cuma surəsi, 8) ayəsiylə hər insanın mütləq öləcəyini bizlərə xəbər vermişdir. Batil Karma inancının arxasından gedən bu insanlara Rəbbimizin verdiyi xəbər isə çox açıqdır:

Məhv etdiyimiz obalara qadağa qoyulmuşdur və onların əhalisi bir daha bu dünyaya qayıtmayacaqlar. (Ənbiya surəsi, 95)

Allah insan həyatının mərhələlərini “…Siz ölü idiniz, O sizi diriltdi? Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız.” (Bəqərə surəsi, 28) ayəsiylə xəbər verməkdədir. Bir başqa ayədə isə bu şəkildə buyurur:

Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan, heç olmazsa, birini edə bilən varmı? O, pakdır və müşriklərin Ona şərik qoşduqlarından ucadır. (Rum surəsi, 40)

Rəbbimiz Bəqərə surəsinin 28-ci ayəsində insanın başlanğıcda ölü olduğunu bildirər. Yəni insanın yaradılışının təməli torpaq, su, palçıq kimi cansız maddələrdir. Daha sonra Allah bu cansız yığına “ ..sənə gözəl bir surət verdi.” (İnfitar surəsi, 7) onu dirildər.

Bu dirilişdən müəyyən müddət sonra insan, həyatı sona çatınca təkrar öldürülər və torpağa geri dönər, çürüyüb-parçalanıb toz halına gəlir. Bu da insanın ikinci dəfə ölü halına keçməsidir. Geriyə isə son dəfə dirildilməsi qalmışdır. Bu da axirətdəki dirilməsidir. Hər insan axirətdə dirildiləcək və bir daha geri qaytarılmanın mümkün olmadığını anlayaraq, dünyada etdiyi hər şeyin hesabını verəcək. Allah ayələrdə insanın dünyaya gəldikdən sonra tək bir ölümdən başqa ölüm dadmayacağını belə bildirər:

Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur. (Duxan surəsi, 56-57)

Yuxarıdakı ayələr, ölümün yalnız bir dəfə olduğunun görülməsi baxımından son dərəcə açıq və qətidir. Bəzi insanlar hər nə qədər ölüm və axirət qorxularını məğlub etmək və özlərini təsəlli etmək üçün Karma, ya da reinkarnasiya kimi batil inancları qəbul etmək istəsələr də, həqiqət olan, öldükdən sonra bir daha dünyaya gəlməyəcəkləridir. Hər insan yalnız bir dəfə öləcək və bu ölümündən sonra, Allahın təqdir etdiyi şəkildə sonsuza qədər yaşayacağı axirət həyatı başlayacaq.

Ölümdən və ya cəhənnəmə getmə ehtimalından qorxaraq, batil inanclarda təsəlli axtarmaq isə, heç şübhəsiz insanı daha çox məhv edər. Belə ki, Rəbbimiz bir ayədə dünya həyatının heç bitməyəcəyi yanılmasına düşüb, axirət həqiqətini əhəmiyyətsiz sayanları bu şəkildə xəbərdar edir:

Bəli, Biz onlara və atalarına ömürləri boyunca xoş güzəran verdik. Məgər onlar Bizim, gəlib müşriklərə aid ərazini hər tərəfdən əskiltdiyimizi görmürlərmi? Doğrudanmı onlar qalib gələcəklər?! (Ənbiya surəsi, 44)

Ağıl və vicdan sahibi hər insan, cənnəti ümid edə bilmək üçün səmimi qəlbdən Allaha yönəlməli və insanlar üçün hidayət rəhbəri olan Qurana tabe olmalıdır. İnsan unutmamalıdır ki, nə gənc, nə güclü, nə gözəl, nə də zəngin olmaları bu günə qədər yaşayan heç bir insanı ölümdən qoruya bilməmişdir. Bu səbəblə heç bir insan ölüm həqiqətini əhəmiyyətsiz etməməlidir. Çünki o, əhəmiyyətsiz etsə də, etməsə də, bu qaçınılmaz həqiqət mütləq yaşanacaq. Üstəlik “…O Saatın gələcəyi gün – məhz o gün yalan danışanlar ziyana uğrayacaqlar.” (Casiyə surəsi, 27)