Reinkarnasiya nə deməkdir?

Reinkarnasiya əsli olmayan batil inancdır. Dini inancı olmayan insanların şüur altında “öldükdən sonra yox olma narahatlığı”nın bir nəticəsi olaraq, ya da dini inancı zəif olan insanların öldükdən sonra axirətə getmə qorxularının bir nəticəsi olaraq ortaya çıxmışdır. Hər iki sinif üçün də öldükdən sonra təkrar dünyaya gəlmək özlərinə görə cazibədar bir vəziyyətdir.

Halbuki, Qurandakı bir çox ayədə insanın imtahan edildiyi tək bir dünya həyatının olduğu vurğulanır. Həmçinin, ayələrdə ölümdən sonra dünyaya dönüş olmadığı da bildirilir. Bir ayədə insanın yalnız bir dəfə öləcəyi belə xəbər verilir:

“Onlar dünyadakı ölümdən sonra orada heç bir ölümü dadmayacaqlar. Allah onları cəhənnəm əzabından qorumuşdur.” (Duxan surəsi, 56)