Reinkarnasiya əsassız bir batil inancdır. O, ya dini inancı olmayan insanların şüuraltında “ölümdən sonra məhv olmaq narahatlığı” nəticəsində, ya da dini inancı zəif olan insanların ölümdən sonra axirət həyatına getmək qorxusu nəticəsində yaranmışdır. Hər iki qrup üçün ölümdən sonra yenidən dünyaya qayıtmaq cəlbedici bir vəziyyətdir.
Halbuki, Qurandakı bir çox ayədə insanın imtahan edildiyi tək bir dünya həyatının olduğu vurğulanır. Həmçinin, ayələrdə ölümdən sonra dünyaya qayıdışın olmadığı da bildirilir. Bir ayədə insanın yalnız bir dəfə öləcəyi belə xəbər verilir:
Onlar dünyadakı ölümdən sonra orada heç bir ölümü dadmayacaqlar. Allah onları cəhənnəm əzabından qorumuşdur. (Duxan surəsi, 56)
