Reinkarnasiya əsli olmayan batil inancdır. Dini inancı olmayan insanların şüur altında “öldükdən sonra yox olma narahatlığı”nın bir nəticəsi olaraq, ya da dini inancı zəif olan insanların öldükdən sonra axirətə getmə qorxularının bir nəticəsi olaraq ortaya çıxmışdır. Hər iki sinif üçün də öldükdən sonra təkrar dünyaya gəlmək özlərinə görə cazibədar bir vəziyyətdir.
Halbuki, Qurandakı bir çox ayədə insanın imtahan edildiyi tək bir dünya həyatının olduğu vurğulanır. Həmçinin, ayələrdə ölümdən sonra dünyaya dönüş olmadığı da bildirilir. Bir ayədə insanın yalnız bir dəfə öləcəyi belə xəbər verilir:
Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur (Duxan surəsi, 56)
Ölüm insanlar üçün yox olmaq deyil, əbədi olan, həqiqi olan axirət yurduna bir keçiddir. Ölümlə birlikdə dünya mühiti və bu mühitdə olan bədənlə əlaqə kəsilir. İnsanın bədəni ilə ruhunun əlaqəsi kəsilib, ruhu axirətdəki görünüşlərlə təmasda olmağa başladıqda, yəni insan öldükdə, gözünün önündəki pərdə qalxar və ölümün sandığı kimi bir yoxluq olmadığını anlayar. Hər gün yuxudan oyanaraq günə başladığı kimi, öldükdən sonra da dirilərək axirət həyatını yaşamağa başlayır. “Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol” – deyir, o da olur.” (Mömin surəsi, 68) ayəsiylə xəbər verildiyi kimi, insanların axirətə keçidi Allahın tək bir “Ol” deməsi ilə olar.

