Cənnət, yəni müxtəlif cənnətlər var, ölkə kimi. Məsələn, necə Amerikadan insanlar Avropaya gedir, axirətdə də elədir. Yəni tək bir cənnət yoxdur. O cənnətdən o biri cənnətə keçir, o biri cənnətdən bu biri cənnətə keçir, yəni ölkə kimidir. Amma hər yerdə hər kəslə görüşə bilir eyni anda, inşaAllah, Rəsulullah (s) ilə də görüşə bilir. Allah bolluq, zənginlik, gözəllik olsun deyə müxtəlif cənnətlər yaratmışdır. “Növbənöv incəliklərə və gözəlliklərə sahibdir”. Ümumiyyətlə incəliklər, yəni cənnət parçalarının incəlikləri vardır, insan gözəlliyində incəlik vardır. Məsələn, qadınların gözəlliyində incəlik vardır. Təbii makiyajlıdır qadınlar. Məsələn, əlləri təbii makiyajlıdır, gözləri təbii makiyajlıdır və fövqəladə gözəl olurlar. Məsələn, qızıl kimi bəzəklər cənnətdə təbii olaraq, insanın öz bədənində hazır şəkildə olur. O bəzək üçün bir əmək sərf etmir.
“Növbənöv incəliklərə və gözəlliklərə sahibdir” -deyir Allah. “İkisində də hər meyvədən qoşa-qoşa vardır”. Allah meyvə növlərinin hamısını yaradacağını söyləyir. Avokadodan tutmuş, banan, portağal, naringi, hamısı, yəni dünyadakı bütün meyvələrin eynisinin mükəmməli yaradılacaq.
“Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır”. Yəni, incə işləməli, göz qamaşdıracaq yataqlar var. İnsanın baxmağa doya bilməyəcəyi şəkildə parıltılı və fövqəladə gözəl.
“…dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır”. Əlini uzadan kimi tutarsan. Onsuz da ağaca gəl deyirsən, gəlir. Ağac kökü ilə birlikdə gəlir. Meyvəni götürərsən, get deyərsən, gedər. Yaxud budağına əyil deyərsən əyilər. İnşaAllah.
“Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır”. Bir qadında ən təsir edici şey baxışdır. Çünki ağıllı, imanlı, sevgi dolu, sadiq bir qadının baxışı ola biləcək ən gözəl nemətdir, ən təsirli nemətdir. Quran buna çox diqqətli, Allahın diqqətə ehtiyacı yoxdur, amma başa düşməyimiz üçün çox diqqət çəkmişdir.
“Gözlərini öz ərlərinə dikmiş” yəni yalnız halalına və ona aid, Allah o gözlərin başqasına yönəlməsinə icazə vermir. Qadın, halalı olan kimdirsə yalnız onu sevə bilir, cinsi əlaqə mənasında, coşğu mənasında, ehtiras və dərinlik mənasında, həyat yoldaşı olaraq yalnız onu sevə bilir. Allah onu ruhunda bağlamış, o şəkildə yaradır.
“Onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır”. Bəkarətin və təmizliyin, iffətin, namusun gözəlliyinə də Quran diqqət çəkmiş olur. Könlü rahat olmuş olur. Çünki həyat yoldaşı sırf özünə aiddir. Bir-birinə aid olmuş olurlar. Və kişi də tam namuslu, qadın da çox namuslu olmuş olur və bu səbəbdən ruhları onların rahatlıq tapmış olur. Buna Quran diqqət çəkir.
“Onlar sanki yaqut və mərcandırlar”. Orada bəzək daşlarından, qiymətli metaldan, hər şeydən istifadə olunacağı, yəni insan bəzəyində bunlardan istifadə olunacağı aydın olur. Yəni yaqut parlaqlığı, mərcan parlaqlığı, göz alıcılığı cənnətdə hakim olacağını anlamış oluruq. Çünki, yaqut necə insanı hipnoz edir, çox təsirlənir insan, mərcan insanın xoşuna gəlir. Cənnətin ümumi xüsusiyyəti belədir deyir Allah, bu cür göz alıcıdır. Yəni işıqlı, parıltılı və təsir edicidir deyir Allah.
“Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır” -deyir Allah, zövq alsınlar deyə. “Hər ikisi tünd yaşıldır”. Yəni hər yer yaşıllıqdır, cənnətin xüsusiyyəti budur. “İkisində də fəvvarə vuran iki bulaq vardır”. Çox güclü su qaynağı var və həmişə onlar çay kimi axır. İnşaAllah.
“Orada xoş xasiyyətli, gözəl qızlar vardır”. Baxın yenə Quran buna diqqət çəkir. Əvvəl xasiyyət gözəlliyi, çünki xasiyyəti gözəl olmadıqdan sonra bir qadın ət yığınıdır, yəni çox diksindirici olar. Bir cüt gözünün olması, meymunun da gözü var, qulağının olması meymunun da qulağı var. Əvvəl xasiyyət gözəlliyini, sonra üz gözəlliyini deyir Allah.
Xasiyyət gözəlliyi psixoloji olaraq insanı çox məmnun edər və çox doyurar. Yəni xasiyyəti gözəl, halalı olan bir qadını sevmək tamam ayrı bir zövqdür və çox dərin bir zövqdür. Çünki ona ehtiras duya bilərsən, eşq duya bilərsən, şiddətlə həyəcan duya bilərsən. Qadın o zaman çox rahat təslim ola bilər. Kişi də halalına, həyat yoldaşına özünü çox rahat təslim edə bilər. Başqa cür bir-birlərindən sıxılar və bir-birlərinə qarşı antipatiya hiss edərlər.
“Çadırlarda gözlərini öz ərlərinə dikmiş qadınlar vardır”. Baxın, yenə burada, iffətin və təmizliyin gözəlliyi vurğulanır. Məsələn, bəzi qızlar var küçə qızıdır. Yəni ev qızı ruhunu heç cür ala bilməz. Arsızdır, təcavüzkardır, söyüş söyər, bağırar, davakardır, söz atar, kinlidir, şübhəçidir, göstəriş edər. Yəni təbii halı yoxdur, səmimiyyətsizdir. Həmişə yalan deyər. Bu səbəbdən qorunmuş bir qadın görünüşü yoxdur. Amma, məsələn, qorunmuş bir qadın xanım-xatındır, tərbiyəlidir, hörmətlidir, nəzakətlidir, sözünü söhbətini bilər, yalan danışmaz, vəfalıdır. Cəfakeşdir, humanistdir, ruhunda dərin bir coşğu vardır. İnsan, belə bir qadını dərin bir sevgi ilə sevər.
“Onlar yaşıl yastıqlara və gözəl döşəklərə dirsəklənəcəklər”. Yəni belə görülməmiş dərəcədə insanın gözünə xitab edən, ilk dəfə insanlar onu orada görəcəklər. Sırf onları belə seyr etməkdən güclü zövq alacaqlar. “… Yaşıl yastıqlara və gözəl döşəklərə dirsəklənəcəklər” -deyir Allah. Gözəllik deyirsə Allah, demək ki, fövqəladə gözəllik var. Yəni sırf o döşəyi seyr etməkdən belə mömin dərin zövq alacaq cənnətdə. Yəni sırf insan gözəlliyi deyil. Amma burada əlbəttə hakim olan həmişə, Allahı sevdiyimiz üçün biz bunlardan zövq alacağıq. Çünki o, hər şey orada Allahın təcəllisidir. Allahdan qorxduğumuz və Allahı çox sevdiyimiz üçün, Allah bizə o zövqü və neməti vermiş olacaq, inşaAllah.

