Rəhman Surəsi, 31-40-cı Ayələr

Ey ağır yükü olan insan və cin tayfası! Tezliklə ancaq sizinlə məşğul olacağıq. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis (və ya tüstü) göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Rəhman surəsi, 31-40)