Mərhəmətli Allah Quranı öyrətdi. İnsanı yaratdı, ona danışmağı öyrətdi. Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir. Otlar da, ağaclar da səcdə edir. Allah göyü ucaltdı və tərəzini qoydu ki, çəkidə həddi aşmayasınız. Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin. O, yeri məxluqat üçün döşədi. Orada meyvələr və salxımlı xurma ağacları vardır. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Rəhman surəsi, 1-13)
Rəhman Surəsi, 1-13-cü Ayələr
