Rəbbinin kitabından sənə vəhy olunanı oxu!

Həqiqi dini öyrənməyin qaynağı Qurandır

İnsanın həqiqi dini öyrənə biləcəyi ən doğru qaynaq Qurandır. Çünki Quran hər şeyi yaradan, hər şeyin ən doğrusunu bilən Allahın sözüdür. Allah insanlara ehtiyac duyacaqları hər mövzunu Quranda açıqlayır. Bu ayəsiylə Allah, Peyğəmbərimiz (s.ə.v)-ə də Quranla vəhy edilənləri oxumasını əmr etmişdir.

Ayənin davamında isə Quranın sözlərinin qətiyyən dəyişməyəcəyi bildirilir. Quranda Allahın xəbər verdiyi kimi, daha əvvəl göndərilən müqəddəs kitablar insanlar tərəfindən təhrif edilmiş, əlavə və çıxarışlarla dəyişdirilmişdir. Ancaq bu vəziyyət Quran üçün keçərli deyil. Allahın “Heç şübhəsiz, zikri (Quranı) Biz nazil etdik Biz; onun qoruyucuları da həqiqətən Bizik.” (Hicr surəsi, 9) ayəsiylə də bildirdiyi kimi, Quran Allahın qoruması altındadır. Quranın bu xüsusiyyətini Rəbbimiz ayələrdə bu şəkildə xəbər verir:

Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Biləndir. (Ənam surəsi, 115)

Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir. (Fussilət surəsi, 42)