Rəbbimizlə görüş vaxtı

Allaha nə qədər yaxınıxsınız?

Sizi yaratmış, bu dünyaya yerləşdirmiş, ağıl və bədən sahibi etmiş olan Allaha görəsən lazım olduğu qədər yaxınsınızmı? Ona ən son nə vaxt dua etdiniz? Allaha yalnız bəzi çətinlik və bəlalarla qarşılaşınca mı yalvarırsınız? Yoxsa Onu davamlı xatırlayırsınızmı? Dua etdiyinizdə Onun sizə çox yaxın olduğunu, sizin pıçıltıyla söylədiyiniz və ya içinizdən keçirdiyiniz hər sözü eşitdiyininin şüurundasınızmı? Onun bütün insanların və hər şeyin Yaradıcısı olduğunu, həyatdakı ən böyük dostunuzun və dayağınızın Allah olduğunu, hər şeyi əvvəlcə Rəbbimizdən diləməniz lazım olduğunu düşünürsünüzmü?

Verdiyiniz cavab nə olursa olsun, bu kitabı oxumaq sizə böyük fayda verəcək. Çünki bu kitab, Allahın qullarına nə qədər yaxın olduğunu, onlardan necə bir dua istədiyini, nəyin həqiqətən Onun istədiyi kimi bir dua olduğunu izah etmək üçün yazılmışdır. Duanın əhəmiyyəti Quranda, “… Sizin duanız olmasaydı Rəbbim sizə dəyər verərdimi?” (Furqan Surəsi, 77) ayəsiylə xəbər verilir. Allaha dua etməkdə, Ona yaxınlaşmaqda bir sərhəd yoxdur. Bu səbəbdən, hər kəs bu yolu öyrənməklə və ya təkrar etməklə əbədi həyatına fayda verər.

Dua, Allah ilə insanlar arasındakı bir əlaqə yoludur. Allah ilə əlaqə qurma ehtiyacı isə insanın fitrətində, yəni yaradılışında vardır. Möminlər üçün dua etmək, həyatlarının ayrılmaz və çox təbii bir parçası ikən, bir çoxları üçün dua ancaq böyük çətinliklər üz verincə, həyati təhlükələrlə qarşı-qarşıya qalınca xatırlanacaq bir ibadətdir. Əlbəttə ki, son söylədiyimiz dua formasını Allah məqbul qarşılamaya da bilər. Əsl xeyirli olan həm rahatlıqda, həm də çətinlikdə Allahdan kömək istəməkdir. Məhz bunun üçün də səmimi bir şəkildə Allaha dua edə bilmənin yolları Quranda ətraflı təsvir edilmişdir.

Quranda bir çox ayədə birbaşa ya da bilavasitə olaraq dua mövzusu iştirak etməkdədir. Sadəcə bu belə dua mövzusuna verilməsi lazım olan əhəmiyyətin bir göstəricisidir. Digər tərəfdən, dua ilə əlaqədar ayələr oxunduqca da, bunun nə dərəcədə həyati bir ibadət olduğu daha asan aydın olur.

blank